Trampın seçimi: Bakı ilə İrəvanın sülh sazişi və "Orta dəhliz" layihəsi... - Elxan Şahinoğlu yazır
10-11-2024 [16:57]
Elxan ŞAHİNOĞLU
***
Azərbaycan Donald Trampın ABŞ Prezidenti olduğu dönəmdə ərazi bütövlüyünü təmin etdi. Tramp administrasiyası Azərbaycana mane olmadı.
Doğrudur, Azərbaycanın ərazi bütövlüyünü təminininə yönələn hərbi əməliyyatına praktik baxımdan mane olmaq mümkün deyildi. Buna baxmayaraq, Ağ Ev təzyiq alətlərindən birinə əl ata bilərdi. Bu baş vermədi. Trampın növbəti Prezidentlik dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ehtimalı yüksək olacaq.
Co Baydenin Ağ Evi tərk etməsinə iki aydan bir az artıq vaxt qalıb. Ona görə sülh sazişinin onun Prezidentlik dönəmində imzalanmasının mənası yoxdur. Bakı və İrəvan Trampla yaxşı münasibətlər naminə sülh sazişinin imzalanmasını yanvarın 20-dən, yəni Vaşinqtonda andiçmə mərasimidən sonraya saxlaya bilərlər.
Belə olarsa, Tramp Azərbaycanla Ermənistan arasında imzalanması ehtimalı yüksək olan sülh sazişini xarici siyasətinin ilk uğurlarından biri kimi təbliğ edəcək. Kreml də Donald Trampla yaxşı münasibətlərə ümid etdiyindən Azərbaycanla Ermənistan arasında imzalanma ehtimalı yüksək olan sülh sazişində Ağ Evin yeni sahibinin müəyyən paya sahiblənməsinə qarşı çıxmayacaq.
Eyni sözləri “Orta dəhliz” haqqında söyləmək çətindir. Co Bayden administrasiyası Orta və Zəngəzur dəhlizinə maraq göstərir və bu layihələrin reallaşmasını dəstəkləyirdi. Çünki bu dəhlizlər Rusiyadan yan keçir.
Tramp administrasiyasının dəhliz məsələsində eyni siyasəti yürüdəcəyini söyləmək çətindir. Tramp seçkidə “ilk növbədə Amerika” şüarıyla qalib gəlib. Ağ Evin yeni sahibi bu şüara əsaslanaraq ABŞ-la Avropa ölkələri arasında ticarət əlaqələrinin həcminin artmasına çalışacaq. Orta və Zəngəzur dəhlizi isə Çin mallarının Avropaya nəqlini nəzərdə tutur.
Bu baxımdan yeni administrasiyanın Azərbaycan keçən dəhlizlərə dəstək verəcəyini gözləmək çətindir. Azərbaycanın bu dəstəyə ehtiyacı yoxdur, yetər ki, əngəl yaratmasınlar. Vaşinqtonun dəhlizlərə marağının azalması İrəvanın işini çətinləşdirəcək. Çünki İrəvan Vaşinqtonun dəstəyinə arxalanaraq Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini neytrallaşdırmağa çalışırdı. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsini istəmirsə, bu məsələdə Azərbaycanla razılığa gəlməlidir. Donald Tramp siyasətdə biznes qaydalarına üstünlük verir, yəni o xərc tələb edən dövlətlərlə deyil, gəlir gətirməyə şərait yaradan dövlətlərlə əməkdaşlığa üstünlük verir. Ermənistan isə başdan ayağa xərcdir.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər