İcra Hakimiyyətinin 1.4 milyon manatlıq tenderi: qalib şirkətlə bağlı şübhəli iddialar yayıldı
30-10-2024 [22:14]
Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomoibil yollarının əsaslı təmiri ilə bağlı keçiridyi tenderə yekun vurub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi “İS.M.M.” MMC seçilib. Avtomobil yollarının təmirinə 1 351 385,25 manat xərclənəcək.
“İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Şirkət yaradılarkən nizamnamə kapitalı 10 manat olub.
2020-ci ildə şirkətin nizamnamə kapitalı 2 897 170 manata qədər artırılıb. “İS.M.M.” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Maraqlıdır ki, 2,8 milyonluq şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin adicə veb-səhifəsi də fəaliyyət göstərmir.
Bununla belə, dövlət satınalmalarının vahid internet potalına yerləşdirilən elanlardan görünür ki, “İS.M.M.” MMC tenderlərdə fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrinin qalibi seçilir. Şirkətin qalib gəldiyi tenderlər adətən yol təmiri ilə bağlı olur.
“İS.M.M.” MMC Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderində qalib seçilməzdən az əvvəl Salyan Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi müsabiqənin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 766 767,3 manatdır.
Sentyabrın əvvəllərində isə şirkət Şabran İcra Hakimiyyəti Başçısının Şabran şəhər İcra Nümayəndəliyinin keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə də satınalma predmeti yolların əsaslı təmiri olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 350 384,76 manat təşkil edib.
Göründüyü kimi üç tender arasında zaman fərqi o qədər böyük deyil. Belə anlaşılır ki, şirkət təxminən eyni vaxtda üç rayonda yol təmir etməlidir. “İS.M.M.” MMC-nin texniki bazası haqqında heç bir məlumat olmadığından şirkətin bu işlərin öhdəsindən gələcəyini söyləmək bir qədər çətindir.
Xaçmaz Rayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi “Topxana Layihə İnşaat” şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 154 482,26 manat olub. Ötən il 1,1 milyon xərclənərək əsaslı şəkildə təmir edilən Xaçmaz yollarında yenidən təmirə ehtiyac yaranması anlaşılan deyil.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi