Pensiyalar niyə gecikir? - İqtisadçıdan izahat
29-10-2024 [14:21]
Artıq bir neçə aydır Azərbaycanda pensiya və sosial ödənişlərin verilməsində gecikmələr olduğu bildirilir. Pensiyaçıların sözlərinə görə, gecikmələr üç-beş gün çərçivəsində olur. Məsələn, onlar vurğulayırlar ki, əlilliyə görə təqaüd ilin əvvəlində hər ayın 15-də ödənilirdisə, artıq üç aydır ki, ayın 20-si və ya 21-i ödənilir.
Bəzi vətəndaşlar deyir ki, bu hal onlara çətinliklər yaradır.
Bakıda yaşayan, yaşa görə pensiya alan Könül Əhmədova deyib ki, aylıq pensiyası 360 manatdır: “Pulun böyük hissəsi dərmanlara gedir. Mən də pensiyamı bir ayın xərclərinə görə bölürəm. Pensiya gecikən kimi bir neçə günlük dərmansız qalıram. Biz, pensiyaçılar o qədər də böyük pul almırıq ki, onları da gecikdirsinlər? Yoxsa bizə gələndə pul qurtarır?”.
Azərbaycanda pensiyaların gecikməsi ilə bağlı əvvəllər də şikayətlər eşidilib.
Hətta ötən əsrin 90-cı illərində rayonlarda pensiyaların gecikməsinin bir neçə ay də çəkdiyi deyilirdi. Onda ölkəyə böyük neft pulları gəlmirdi. İndi isə ölkənin valyuta ehtiyatlarının 70 milyard dollar civarında olduğu bildirilir.
Bu ilin yanvar-sentyabr göstəricilərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 3 faiz və ya 158 milyon manat çox olmaqla 5 milyard 111 milyon manat təşkil edib. Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri isə 5 milyard 147 milyon manat olub. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 612 milyon manat çoxdur.
Amma DSMF-dən Turana iddia ediblər ki, pensiyaların və təqaüdlərin ödənişində heç bir gecikmə yoxdur: “Pensiya hər ay üçün verilir. Əvvəlki aylarda olduğu kimi, bu ayın pensiya ödənişləri də ay ərzində, hər hansı gecikmə olmadan vətəndaşların bank kartlarına köçürülüb”.
Qeyd olunub ki, müvafiq qrafikə əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiya ödənişləri hər ayın 8-15-i arasında gerçəkləşir. Ölkənin digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin ödənişləri isə hər ayın 20-28-i aralığında nəzərdə tutulub: “Sosial ödənişlərin bank kartlarına köçürüləcəyi günlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir”.
İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna deyib ki, problem varsa, bu qurumun büdcəsində pulun yoxluğu ilə bağlı deyil: “Biz Dövlət Sosial Müdafiəsi Fondunun gəlirlərinə baxanda görürük ki, gəlirlərində artım var və proqnozdan artıq icra olunur. Dövlət büdcəsinə baxanda da görürük ki, burada profisit var. Bu, onu deməyə əsas verir ki, burada söhbət pulun yoxluğu ilə əlaqədar deyil”.
İqtisadçı gecikmələrin səbəbinin texniki məsələlər olduğunu düşünür: “Bu, hesabatlarla bağlı ola bilər. Ola bilər ki, xəzinədarlığın reqlamenti dəyişib”.
O vurğulayır ki, reqlament qurumlara müəyyən çərçivədə manevr etmək imkanı verir: “Məsələn, “ayın ilk 10 günündə” və ya “ayın son 10 günündə” kimi ifadələr iki-üç gün fərqlə ödənişləri etməyə imkan verir. Ola bilsin ki, idarəçilər onu çox bəsit məsələ kimi görürlər və bu, fərqli şəraitdə yaşadıqları üçün onların qayğılarına daxil olmayan bir məsələdir”.
R.Həsənovun sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət çox böyük sosial qrupdan – 1 milyon 100 mindən artıq pensiyaçıdan və 600-700 min digər sosial ödənişlər alanlardan gedir: “Onların da çox böyük əksəriyyəti azgəlirli həssas sosial qruplardır və bütün ailə gəlirlərinin planlaması məhz dövlətdən ödənişlər üzərində qurulub. Zamanında bu ödənişlərin edilməməsi fəsadlar yaradır: kreditlərə əlavə faizlər hesablanır, kommunal ödənişləri vaxtında edilmədiyinə görə işıq, su, qaz, internet xidmətləri kəsilir. Yəni, insanlar çətin vəziyyətdə qalırlar”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi