Qaz və işıq limiti ləğv ediləcək? - Deputat açıqladı, iqtisadçı isə "bu, daha da bahalaşma yaradacaq" deyir
28-10-2024 [11:40]
Xəbər verdiyimiz kimi, bu günlərdə millət vəkili Azər Badamov qaz limitinin indiki formada tətbiq edilməsinin xüsusən dağlıq rayonlarda yaşayan insanların maddi vəziyyətinə mənfi təsir etdiyini deyib.
Mia.az-ın məlumatına gərə, o, bildirib ki, dağlıq rayonlarda qazın limiti məsələsinə yenidən baxılmalıdır:
“Dağlıq rayonlarda qazdan istifadə daha çoxdur. Burada yaşayan sakinlər digər regionlardan daha çox yanacaq sərf etməyə məcburdurlar. Ona görə də həmin rayonlarda qazın limiti məsələsinə yenidən baxılması zəruridir”.
Millət vəkilinin fikirlərinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az-a deyib ki, əhalini narahat edən qaz pulunun çox olmasıdır. Hökümət isə əksinə, hesab edir ki, qaz pulu çox deyil:
“Ümumiyyətlə, limit ləğv edilsə, bu, qiymətin bahalaşmasına gətirib çıxaracaq. 1200 kubmetrlik limit üçün pul ödəyən şəxslər daha çox pul ödəməli olacaqlar. Yəni , limitin ləğvi qiymətin ucuzlaşmasına deyil, əksinə, daha az qaz pulu ödəyənlə daha çox ödəyənin bu pulu bölüşməsinə gitirib çıxaracaq. Ortaq bir qiymət olacaq. Vahid tarifin tətbiq edilməsi isə imkanı çox olanın daha çox ödədiyi qaz xərcini aşağı salacaq və nisbətən imkanı zəif olan şəxslərin qaz xərciniə artıracaq. Ona görə də burada hər hansı bir dəyişiklik ediləcəyini güman etmirəm.”
N.Cəfərlinin dediyinə görə, Azərbaycan ümumiyyətlə, enerji ölkəsi olduğuna görə, qaz və elektrik enerjisinə limit qoyulması kökündən yanlış fikirdir. Bu limitlər ləğv edilməlidir:
“Limit qoyularkən belə bir ehtimal irəli sürülmüşdü ki, bu qənaətə səbəb olacaq, vətəndaşlar qazdan daha qənaətlə istifadə edəcəklər. Bu fikir yanlışdır. Vətəndaşlar onsuz da istifadə etdikləri qaza və elektrik enerjisinə görə pul ödəyirlər. Bunun qənaətlə heç bir əlaqəsi yoxdur. Ona görə də Azərbaycanda qaz və elektriklə bağlı limitlər aradan qaldırılmalı, vahid qiymət siyasətinə keçilməlidir. Düşünürəm ki, vətəndaşların xeyrinə qərarlar verilməlidir”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi