"Umico"dan məhsul alanda ehtiyatlı olub - Nələr baş verir?
25-10-2024 [14:18]
"Umico" tətbiqi vasitəsilə məhsul alan vətəndaş ciddi problemlərlə üzləşib.
Mia.az Kommersant.az-a istinadla xəbər verir ki, 699 AZN dəyərində robot tozsoran alan şəxs 3 gün sonra məhsulun işləmədiyini və geri qaytarmaq üçün müvafiq platformayla əlaqə saxladığını bildirir.
Əməkdaşlar hər hansı problem olmadan məhsulun götürülməsi üçün kuryer təyin edirlər. Lakin vətəndaş bundan sonra heç kimin axtarıb-aramadığını deyir. Təkrar bir neçə zəngdən sonra kuryer gəlib məhsulu təhvil alır. Və nə olursa, bundan sonra olur.
Vətəndaş qaytarılma sorğusunda aldığı məhsulun açılmasına icazə vermədiyini və məhsulun yenisi ilə əvəz edilməsini istədiyini vurğulayır. Bu müddətdə kreditlə alınan məhsulun ilk ayının ödənişi də olunur. Amma vətəndaş artıq ödənişin növbəti ayı yaxınlaşsa da, hələ məhsuldan xəbər çıxmadığını və istifadə edə bilmədiyi mala görə pul ödədiyini söyləyir. "Umico" operatorları ilə hər gün əlaqə saxlanılır, lakin bu gün, sabah deyilərək müştəri "yola verilir".
Mövcud vəziyyətdən bezən vətəndaş artıq əsəbdən nə edəcəyini, hara müraciət edəcəyini bilməyir və yeganə çıxış yolu "Umico" operatorları olur. Operatorların cavabı isə belədir:
"Bizlik deyil. Tərəfdaş şirkət cavab verəndə sizinlə əlaqə saxlanılacaq".
Müştəri isə tərəfdaş şirkəti tanımadığını və satış təmsilçisi kimi "Umico"nun məsuliyyət daşıdığını söyləyir. Uzun çək-çevirdən sonra tərəfdaş deyilən servisin nömrəsini ala bilən müştəri servis ilə əlaqə saxlayır və servisdən deyilir:
"Bu dəqiqə baxıb sizə məlumat veririk... Baxdıq, bəli məhsulda fabrik xətası var. İstəyirsiniz yenisi verək, istəmirsinizsə, pulunuzu qaytaraq".
Və əslində vaxtında məşğul olunsa, 2 dəqiqə vaxt alacaq prosesə görə 2 həftə gözləyən vətəndaş məhsulun yenisinin göndərilməsini istəyir. Burada isə növbəti çıxılmaza girilir. 3 iş günü içində təhvil verilməli olan mal 5 iş günü keçsə də, nə çatdırlır, nə də müştəri ilə əlaqə saxlanılır. Yenidən operatorlarla dalaşan vətəndaş son çarə kimi servislə əlaqə saxlayır. Onların da təkidi ilə məhsul nəhayət kuryerə təhvil verilir. Servisdən isə "Biz məhsulu təhvil verdik. "Umico"dan malınızı istəyin" deyilir.
Və təbii ki, yenə kuryerdən səs çıxmadığından müştəri "Umico"ya zəng vurur və artıq məhsulu istəmədiyini, geri qaytardığını bildirir. Yalnız bundan sonra dərhal əlaqə saxlanılır və axşam saat 8-də müştərinin məhsulu təhvil verilir.
Əgər siz də belə yorucu proseslə vaxt itirmək istəmirsinizsə, məhsul alarkən haradan aldığınıza diqqət edin.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi