Ceyhun Bayramov İstanbulda - XİN açıqlama yaydı (Yenilənib)
18-10-2024 [17:55]
Xarici işlər naziri Ceyhun Bayramov İstanbula səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdəAzərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik görülən hazırlıq işləri barədə məlumatlandırıb.
Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Xarici işlər naziri Ceyhun Bayramov bu gün istanbulda türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi səhifəsində paylaşım edib: "Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında iştirak edir"
Ceyhun Bayramov İstanbulda - XİN açıqlama yaydı (Yenilənib)
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi
Cənubi Koreyadan sensasiyalı iddia: "Şimal Koreya Rusiyaya yardım üçün 1500 əsgər göndərib, daha 10 min də..."
PREZİDENT ONLARI TƏLTİF ETDİ - SİYAHI
Qəzzanın şimalında bir ev vurulub - 3 uşaq ölüb
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Lavrov İstanbulda Bakı ilə İrəvan arasındakı danışıqlardan söz açdı: "Əgər onlar birbaşa razılaşa bilsələr..." (Yenilənib)
XIX Bakı Caz Festivalının açılışı olub
Kommunal xidmət qurumlarının "qaynar xətlər"i zənglərlə cavab vermir
AMEA-da nöqsanlar aşkarlandı, sənədlər prokurorluğa göndərildi - İqtisad Universiteti ilə ETN-nin idarəsində isə...
Ərdoğanın maaşı artırılıb - 30 faiz
Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə rəis təyin edilib
Rayonlara güclü yağış yağır - Gədəbəydə isə sel var
Deputatlar bu tarixdə toplanacaq
"Hizbullah" Hayfanı yenidən vurub - Livanda isə...
Sabahın hava proqnozu açıqlandı
Balababa Rzayev haqda elə iddialar yayılır ki... - "Azərenerji" prezidentinə qarşı sensasiyalı ittihamlar var
Bakıda bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər
Elm və Təhsil Nazirliyinin milyonluq tenderində yenə eyni şirkət qalib elan olundu - Detallar
İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib - FOTOLAR
“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub
Qəbələdə dəhşətli olay: iki nəfər ov tüfəngi ilə öldürülüb, bir yaralı var (YENİLƏNİB)
COP29-la bağlı yollar bağlanacaq? - Açıqlama
Quti Herhandes yenidən aktiv futbola dönür
ABŞ səfirliyi Azərbaycan xalqına təbrik ünvanlayıb
Tibb Universitetinin prorektoru vəzifədən azad edilib
RƏİS QƏZADA ÖLÜB - Cəbrayılda (Yenilənib)
Tələbə təqaüdündən 3 manat niyə tutulur? - Açqlamalar
Azərbaycan nefti ucuzlaşıb
Noyabr ayında neçə gün rəsmi iş günü olmayacaq?
Bayden Yəhya Sinvarın ölümünün DNT testi ilə təsdiqləndiyni deyir: "Bu gün əla gündür"
HƏMAS-ın yeni lideri belə öldürülüb - Son anında təslim olmayıb (Hadisə anının VİDEOsu)
Zorlama və insan alverində ittiham olunan keçmiş dövlət başçısı... - Yeni prezident "cəzanı çəkəcəksən" deyir
Lənkəranda bıçaqlanma: 21 yaşlı gənc 24 yaşlı həmyerlisini öldürüb
"İnstaqram"a şantaja qarşı yeni qadağalar - Başqasının foto və paylaşımlarını "kopya" etmək mümkün olmayacaq
Türkiyədə avtobus aşıb - Ölən və xeyli yaralı var