Zorlama və insan alverində ittiham olunan keçmiş dövlət başçısı... - Yeni prezident "cəzanı çəkəcəksən" deyir

img

18-10-2024 [09:45]


Boliviya prezidenti Luis Arce zorlama və digər iqtisadi cinayətlərdə itiham olunan keçmiş dövlət başçısının həbsdən yayınmaq üçün ölkəni qarışıdrmaqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Luis Arce sabqi dövlət başçısının bir qrup tərəfdarının magistral yolları bağlamaq və barrikada qurmalarının vəziyyəti dəyişməyəcəyini açıqlayıb.

O bildirib ki, keçmiş prezident Evo Morales yol verdiyi cinayətlərin cəzasını çəkəcək: "O və azsaylı iğtişaş törədən tərəfdarları pis niyyətli adamlardır. Onlar boliviyalılara və ölkədəki sabitliyinə hörmət etməlidir, növbəti qanun pozuntularıan yol verməkdənəl çəkməlidir. Morales cinayətləri ilə üzləşəcək. O, cəzadan yayınmaq üçün ölkəni yandırmağa çalışırlar, ancaq biz onun məkrli planına təslim olmayacaq və gərəkli addımları cəsarətlə artacağıq. O, cəzasını çəkəcək".

Məlumata görə, magistral yolları qapadanlardan  indiyədək 6 nəfər həbs edilib.

Boliviyada keçmiş prezident Moralesin həbsinə order verən prokurorluqdan verilən məlumata görə, istintaq tədbirləri davam edir: "Sabiq prezidentə zorlama, insan alveri və qaçaqmalçılıq, korrupsiya üzrə ittihamlar verilib".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq