Tələbə təqaüdündən 3 manat niyə tutulur? - Açqlamalar
18-10-2024 [10:33]
Azərbaycandakı ali məktəb tələbələrindən təqaüdlərindən hər ay tutumlarla bağlı şikayətlər eşidilir.
Bəzi tələbələr şikayətlənir ki, hər ay onların razılığı olmadan bir neçə manat təqaüdlərindən tutulur. Onların sözlərinə görə, bu pulun Tələbə Həmkarlar İttifaqı üçün yığıldığı iddia olunur.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kursunda təhsil alan, amma təhlükəsizliyi ilə bağlı adının açıqlanmasını istəməyən bir tələbə də deyir ki, aylıq təqaüdü 100 manat olsa da, hər ay 97 manat alır: "Pul birbaşa təqaüd kartından tutulur. Deyilənə görə, bu vəsait Tələbə Həmkarlar İttifaqı Komitəsinə gedir. Amma mən bu pulun məndən tutulması ilə bağlı heç bir ərizə və ya razılıq imzalamamışam".
O vurğulayır ki, nə özü, nə də yaxın tələbə yoldaşları bir dəfə də olsun hər hansı məsələyə görə yardım üçün oxuduğu universitetin Həmkarlar İttifaqı Komitəsinə müraciət etməyiblər.
Azərbaycanda hazırda bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə 175, 71–100 olanlara 145, 51–100 olanlara isə 100 manat təqaüd verilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin əyani şöbələrində 182 min 121 tələbə təhsil alır. Onlardan 100 min 719 nəfəri təqaüdlə təmin edilir.
Şikayətə, hələlik, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Amma həmin ali məktəbin Tələbə Həmkarlar İttifaqı Komitəsindən "Turan"a bildirilib ki, tələbələrin razılığı olmasa, onlardan heç kimin təqaüdündən üzvlük alınmır: "Həmkarlar İttifaqına üzv olan tələbələrin üzvlük haqqı var. Həmin üzvlük haqqı onların yataqxana, yeməkxana, nəqliyyat xərclərinin qarşılaması üçün istifadə olunur. Üzvlük haqqı tələbənin təhsil aldığı müddətdə təqaüdünün 2 faiz miqdarında tutulur".
Elm və Təhsil Nazirliyindən isə agentliyə deyilib ki, tələbələrin təqaüdündən heç bir vergi tutulmur.
Təhsil eksperti Nabatəli Qulamoğlu mövzu ilə bağlı Azadlıq Radiosuna bildirib ki, qanunla tələbə həmkarlar ittifaqına üzvlük azaddır: "Əgər kimisə məcburi şəkildə üzv edirlərsə və onun təqaüdündən pul tuturlarsa, mən həmin tələbələrə məsləhət görərdim ki, məhkəməyə müraciət etsinlər".
Ekspert birbaşa tələbələrin təqaüdündən pulun tutulmasına inanmadığını deyir: "Çünki bu, qanun pozuntusudur. Birbaşa tələbənin təqaüdündən pulu həmkarlar ittifaqına köçürmək qanunaziddir. Amma ola bilər ki, təqaüd veriləndən sonra tələbəyə desinlər ki, 3 manat həmkarlar ittifaqına ver. Yaxud da tələbəyə ərizə yazdırıb təqaüddən pul köçürə bilərlər".
N.Qulamoğlu hesab edir ki, Azərbaycanda tələbələrə verilən təqaüdün məbləği qənaətbəxş deyil: "Hazırkı inflyasiya dövründə təqaüdlər tələbələrin yolpuluna, yüngül qəlyanaltı etməyə çatır. Ümumiyyətlə isə, düşünürəm ki, təqaüd tələbələrin bilik səviyyəsinə görə verilməlidir. Hazırda tələbələrin minimum aylıq təqaüdü 300 manat olmalıdır".
MİA.AZ
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat