RƏİS QƏZADA ÖLÜB - Cəbrayılda (Yenilənib)

img

18-10-2024 [11:10]


Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

Mia.az xəbər verir ki, qəzaya düşən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.

***

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR