6 ayda büdcəyə 8 milyard manat vəsait daxil olub

img

15-07-2014 [11:06]


Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-may aylarında dövlət büdcəsinə 8.0 milyard manat vəsait daxil olub.

MIAStatistika Komitəsinin saytına istinadən xəbər verir ki, büdcədən 7.4 milyard manat vəsait xərclənib və 654.5 milyon manat məbləğində və ya ümumi daxili məhsulun 2.8 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 3.5 milyard manatı və ya 47.2 faizi iqtisadiyyatın inkişafına, 837.3 milyon manatı (11.4 faizi) sosial müdafiə və sosial təminata, 717.6 milyon manatı (9.7 faizi) təhsilə və səhiyyəyə yönəldilib. Maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği iyun ayının 1-nə 16.6 milyard manata çataraq ötən ilin iyun ayının 1-nə nisbətən 23.8 faiz artıb. Verilmiş kreditlərin 13.0 milyard manatı uzunmüddətli olmuş, 905.0 milyon manatının ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin həcmi keçən illə müqayisədə 12.8 faiz artaraq iyun ayının 1-nə 6.6 milyard manata çatıb. Milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği 4.2 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlər isə 2.4 milyard manat olub. İyun ayında 1 ABŞ dolları 0.78 manata, 1 Avro 1.07 manata, 100 Rusiya rublu 2.28 manata, yanvar-iyun aylarında isə müvafiq olaraq 0.78, 1.08 və 2.24 manata bərabər olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA