14-07-2014 [17:45]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 6 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirmişdir ki, bu gün
Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsinin 45
illiyi tamam olur. Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan
yenidən reallaşdırılması birbaşa olaraq 1969-cu il iyul ayının 14-də
respublikamızda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük
siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz
nailiyyətlərə imza atıb. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük
dönüş və tərəqqi başlandı. Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa
məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək
onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. 1993-cü
ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən
sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu,
xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin
hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş,
böyük starateji layihələrin həyata keçirilməsinə başlamışdır. Heydər Əliyevin
əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Sonra Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində iqtisadiyyat 2,1 % artmış, ümumi daxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sektorunda inkişaf 7,0 % olmuşdur. İnflyasiya cəmi 1,6% təşkil etmiş, əhalinin pul gəlirləri 4,7 % artaraq, inflyasiyanı 3 dəfə üstələmişdir. Hazırda ölkənin valyuta ehtiyatları 54 milyard dollardan çoxdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov bildirmişdir ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 % çox sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 % çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 % çox xidmətlər göstərilmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 % çoxdur. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 % çoxdur .
6 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,8 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 127,3 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,9 % çoxdur.
I yarımillikdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 106,4 milyon manatlıq və ya əvvəlki ilin yanvar-iyun aylarından 22,8 % çox istehlak malları satılmış, 35,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,4 % çox iaşə xidmətləri göstərilmişdir. Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən 2,9 % artaraq 127,3 milyon manat olmuşdur.
Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olmuş, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayonda çalışan işçilərin sayı 112246 nəfər, orta aylıq əmək haqqının məbləği isə 970,0 manat olmuşdur.
2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılmışdır. Bunlardan hamısı daimi iş yerləridir.
Binici yarımillikdə rayonda 2 saylı şəhər poliklinikasında, "Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmış, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın və Badamdar qəəsəbəsində yeni İdman Kompleksinin, yeni xəstəxana binasının və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
Hazırda rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 5 mərtəbəli «İnturist» mehmanxanasının, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması aparılır, Neftçilər prospektində İdman Oyunları Sarayı (Əl Oyunları sarayı) əsaslı təmir olunur, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Badamdar qəsəbəsində «Könül» körpələr evinin əsaslı təmiri və yenidənqurulması həyata keçirilir.
Rayon ərazisindəki çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki 35, 76 və 78 saylı, Fikrət Əmirov küçəsi 1 və 2, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılmış, Üz.Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Neftçilər prospekti 129 ünvanlarında yerləşən binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılmış, su və kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülmüşdür.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal İdarəsi tərəfindən sakinlərin elektrik enercisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirillmiş, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
2014-cü ilin 6 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 386 ailə (1520 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçülərə ilin ilk 6 ayı ərzində 19.535,0 min manat təqaüd və müavinət ödənilmiş, ödənişlərdə gecikmələrə yol verilməmişdir.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 6 ayı ərzində 485 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunmuşdur, «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün «Kompyuter istifadəçisi», 16 nəfər iş axtaran vətəndaş üçün «Kompyuturçi-dizayner», 12 nəfər iş axtaran vətəndaş üçün «Xalçıçı», 20 nəfər iş axtaran vətəndaş üçün isə «İngilis dili» peşə kursları açılmış, «Əmək yarmarkasında» 8 nəfər daimi işlər təmin olunmuşdur.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını, hərbi hissənin təlabatları üçün müxtəlif tikinti materiallarını çatdırmış, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilmişdir.
Müxtəlif bayramlarla əlaqədar rayonda 6100 aztəminatlı ailəyə ərzaq bağlamaları, 1500 pay ət verilmiş, ümumilikdə isə 6 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 8323 olmuşdur.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev, İçəri şəhər «Cümə məscidi» dini icmasının sədri, axund Hacı Surxay Məmmədli, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsinin müdiri Şakir Nuriyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Rəna Əliyeva, Səbail rayon Qaz İstismar sahəsinin rəisi Sadıx Rəhimov və başqaları çıxış etmişlər.
Sonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş «Gül bayramı»nda fəal iştirak etdiklərinə görə 6 saylı orta məktəb, 132-134 saylı Təhsil Kompleksi və Azərbaycan Dövlət Pedaqoji Universiteinin kollektivləri Səbail rayon İdra Hakimiyyətinin Diplomları ilə təltif olunmuşlar.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Milli Məclisin deputatı Fuad Muradov iclasda iştirak etmişdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi