Ekspertdən "Trendyol"a ittiham: "Onlayn ticarətlə bağlı cürbəcür şikayətlər olur" - Müştəri sifariş verdi, içindən elə şey çıxdı ki...
26-09-2024 [10:19]
Azərbaycanda Türkiyənin "Trendyol" onlayn satış platformasından özünə məhsul sifariş verən müştərinin başına iş gəlib.
Mia.az olke.az-a istinadən bildirir ki, bu barədə müştəri sosial şəbəkələrdə paylaşım edib.
Karqonun fotosunu paylaşan xanım iddia edib ki, sırğa sifariş etsə də, əvəzində qutudan Azərbaycan istehsalı şokolad konfet çıxıb.
O bildirib ki, sifarişin çatdırılmasını yerli karqo şirkətlərindən biri edib.
Sosial şəbəkə istifadəçiləri arasında son vaxtlar "Trendyol" platformasının qüsurlu və ya yanlış məhsul göndərilməsi hallarının çoxaldığını deyənlər də var. Bəzi müştərilər hesab edir ki, problemlər məhz "Trendyol"dan Azərbaycana birbaşa çatdırılmalar başlayandan sonra artıb.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Azad istehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov düşünür ki, Azərbaycanda yerli karqo şirkətləri müştərilərə qarşı belə bir addım ata bilər:
"Çünki AİB-ə karqo şirkətləri barədə çox sayda şikayətlər daxil olur. Məndə olan məlumata görə, oktyabrda karqo şirkətlərinin və onlayn ticarət platformalarının Azərbaycanda böyük bir konfransı keçiriləcək. Mən də həmin konfransda iştirak edərək istehlakçılardan gələn şikayətləri onların üzlərinə çırpmaq istəyirəm. Bu sahədə problem, hər cür aldatma var. Bu cür aldatma da istisna olunmur. Belə bir hal gözləniləndir. Bu məsələni təqib edib araşdırmaq çox çətindir, lakin karqo şirkətlərindən, onların kuryerlərindən belə şeylər gözlənilə bilər.
Səbəbi də budur ki, ölkədə istehlakçı hüquqlarının qorunması məsələsi bərbad vəziyyətdədir. Təsadüfi deyil ki, bir müddət əvvəl cənab Prezident istehlakçı hüquqlarını qoruyan dövlət təşkilatı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini yaratdı. Güman etmək olar ki, bundan sonra agentlik normal işləyər".
E.Hüseynov müştərilərin xaricdən qüsurlu, səhv gələn və ya gəlməyən məhsula görə müştərilərin çatdırılma şirkəti ilə alış-veriş platforması arasında qaldığını deyib:
"Burada problemin hansı tərəfdən qaynaqlandığını sübut etmək çox çətindir. Uzaqbaşı "Antiinhisar"a müraciət edə bilər. Lakin bütün hallarda "Trendyol" cavabdehlik daşıyır. Yəni günahkar "Trendyol"dur. O elə bir etibarlı kommunikasiya qurmalıdır ki, sifariş edilən mal sifarişçinin əlinə salamat çatsın.
Onlayn ticarətlə bağlı cürbəcür şikayətlər olur. Məsələn, şikayətçinin biri xarici ölkələrin birindən çox baha qiymətə buxar ütüsü alıb. Məhsul işləməyib. Ya da 1 il əvvəl onlayn ticarətlə xaricdən televizor gətizdiriblər. İstehlakçı götürəndə açmayıb. Sonra görüb ki, kənarı qırılıb. Sübut edə bilmədi ki, özü etməyib.
Bundan əlavə, beynəlxalq istehlakçı təşkilatının verdiyi məlumata görə, onlayn ticarətdən alınan dərmanların 70%-i saxta olur".
AİB sədrinin fikrincə, ölkəmizdə onlayn ticarətlə bağlı da təşkilat yaradılmalıdır: "Azərbaycanda bununla bağlı təşkilat var, lakin ölkədə AİB kimi onlarla təşkilat olmalıdır. O cümlədən onlayn ticarətlə məşğul olan istehlakçı hüquqlarını qoruyan təşkilat yaradılmalıdır. Təəssüf ki, yoxdur. Yeni təşkilatlar yaradılmalı, belə hallara qarşı ciddi mübarizə olmalıdır".
Qeyd edəık ki, şirkətin qanuni təmsilçisi İrem Çağrı Yılandildir.
İrem Çağrı Yılandil daha əvvəl Türkiyədə “Trendyol” şirkətinin Marketinq direktoru olub.
İrem Yılandil Niderlandın Tilburg Univesitetində və Türkiyənin Koç Universitetində təhsil alıb. 2011-ci ildə “Doğuş Media Group”da layihə meneceri kimi fəaliyyət göstərib. Daha sonra “yemeksepeti.com” və “Zomato” şirkətlərində çalışıb. 2017-ci ildən “Trendyol”da işləyir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi