"Kontakt Home"un reklamı: fırıldaq, yoxsa qanunsuzluq? - "Bu, gizlədilmə cəhdi kimi görünür"
25-09-2024 [11:27]
"Kontakt Home" mağazalar şəbəkəsi alıcıları aldadır.
MİA.AZ AFN.az-a istinadla xəbər verir ki, bununla bağlı jurnalist Həbibə Abdulla bildirib:
"Mağazalar şəbəkəsinin "Şeş-qoşa at, avtomobil apar" kampaniyasında avtomobil uduşunda iştirak etmək üçün minimum 300 AZN-lik alış-veriş edilməsi tələb olunur. Amma bu haqda müvafiq reklam materiallarında açıq məlumat verilmir. Nə audio, nə vizual, nə də yazılı reklamlarda belə bir şərtin mövcudluğu haqda bildirilmir. Mən özüm bir neçə gün əvvəl mağazadan alış-veriş etdim, dedilər yaxınlaşıb uduşda iştiak edə bilərsiz, yaxınlaşdım, onda bildim ki, şeş-qoşa atmaq şansı yalnız 300 AZN-dən yuxarı alış-verişlərə şamil edilir. 300-ə qədər alış-veriş edənlərə isə bir neçə dəfə şeş-qoşa atdırandan sonra hansısa güzəşt edirlər. Sözün düzü, bu, diqqətimi cəlb etdi, çünki hər addımda "Kontakte Home"un reklamları gözümüzü deşir ki, bizdən alver edin, şeş-qoşa atın, avtomobil qazanın. Başa düşüləndir, hər alış-veriş edənə bu şans yaradılsa, uduş tez-tez olar, bunun üçün gərək şəbəkə xeyli xərcə düşsün. Amma bunu reklamlarda gizlətmək düzgün deyil. Mən müvafiq reklamları araşdırdım və məlum oldu ki, bu barədə ancaq və ancaq bir neçə kliklə daxil olunan dərin linkdə məlumat verilir. Bir sözlə, "Kontakt Home" zər tutur".
PR mütxəsəssislər də bildirirlər ki, bu hal qaydalara uyğun deyi.
PR üzrə mütəxəssis Vüqar Baba sayta bildirib ki, müştərisinə hörmət edən müəssisə qəliz ifadələr işlədərək və məlumat çatımlılığını çətinləşdirməklə onun kampaniya barədə ətraflı məlumat almasını məhdudlaşdırmamalıdır: "Əksinə, bütün reklamlarında şərti açıq-aydın kommunikasiya etməlidir. Sizin sorğunuzdan sonra mən də reklamlarda, sosial media səhifələrinə və saytlarına baxdım, avtomobil uduşunda iştirak etmək üçün məbləğə minimal limit barədə məlumat görmədim. Yalnız "Google"da axtarış edəndə kontaktın saytında bu barədə məlumat görünür və "Kontak.az" saytına yönəldir. Bu yönəldilmiş səhifəni isə sayta müstəqil daxil olub tapmaq mümkün deyil. Bu, gizlədilmə cəhdi kimi görünür".
Mövzu ilə bağlı "Kontakt Home"un mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab verilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi