12-07-2014 [17:01]
Şimali İraqın Kürd Regional Hakimiyyəti (KRH) Ceyhan terminalı üzərindən dünya bazarlarına xam neft ixracını davam etdirir. İraq mərkəzi hökuməti isə buna sanksiyalarla cavab verib.
Virtualaz.org verir ki, İraq mərkəzi hökuməti KRH-dən neft daşıyan şirkətlərə sanksiya tətbiq etdiyini rəsmən açıqlayıb. Rəsmi Bağdadın bu sanksiyası 3 şirkəti əhatə edəcək.
Xəbərə görə, İraqın milli neft şirkətləri "Somon” və "North Oil Company” (NOC) Türkiyənin BOTAŞ şirkətinə rəsmi müraciət göndərərək "MT United Emblem”, "Palmali Shipping&Agency JSC” və "Petromar Survey&Consultancy Ltd” şirkətlərinin indi və gələcəkdə İraq liman və təsislərindən neft yükləyə bilməyəcəyini bildirib.
Bağdad hökuməti Türkiyədə yaşayan azərbaycanlı milyarder Mübariz Mənsimova məxsus olan və dənizçilik agentliyi kimi fəaliyyət göstərən "Palmali Shipping&Agency JSC”nin bundan sonra İraqda fəaliyyət göstərən və gələcəkdə İraq xam neftinin ixracatı üçün istifadəyə veriləcək terminallarda hər hansı bir yükdaşıma işinə girə bilməyəcəyini də bəyan edib.
İraq hökuməti bu sanksiyaları niyə tətbiq etməsinə də aydınlıq gətirib. Bağdad hökuməti daha əvvəl də verdikləri açıqlamalarda İraqdan neft və qaz ixracında mərkəzi hökumətin razılığının alınmamasına cavab olaraq həmin firmaların "qara siyahıya” salınacağı ilə bağlı xəbərdarlıq edildiyini xatırladıb.
Qeyd edək ki, Mübariz Mənsimovun adı kürdlərin neftinin daşınmasında bir müddət əvvəl də hallanırdı.
Onu da bildirək ki, Bağdad hökuməti KRH-dən ixrac edilən neftin böyük hissəsinin İsrailə getdiyini deyir. Kürd neftinin əsas müştərisi olan və İraq neftini Ceyhan terminalına nəql edən tərəf Türkiyə hökumətidir. İraq hökuməti isə Türkiyənin kürdlərdən neft almasını qəbul etmir və bunu İraq dövlətinin sərvətinin talan edilməsi kimi qiymətləndirir.
Həm İraq mərkəzi dövlətindən, həm də kürdlərdən neft alan Türkiyə isə öz terminallarında bu neftləri ayrı-ayrı rezervuarlarda saxlayıb depolayır. Ceyhandakı 12 rezervuardan 7-si məhz kürd nefti üçün nəzərdə tutulub.
Türkiyə hökumətinin kürdlərə İraq mərkəzi hökumətinə nisbətən güzəşt etməsinin də səbəbi var. Kürdüstan neftinin nəqli ilə məşğul olan rəsmilər deyirlər ki, Türkiyə kürdlərdən Bağdadın verdiyindən dörd dəfə çox daşınma haqqı alır.
Xatırladaq ki, ABŞ 2003-cü ildə İraqa girəndən sonra İraq hökuməti ilə kürdlər arasında 2004-cü ildə əldə edilən razılığa əsasən neftdən gələn gəlirin 17 faizi yerli kürd hakimiyyətinə verilməli idi. Lakin sonradan bu razılıq İraq hökuməti tərəfindən pozulub.
İraq hökuməti hazırda Ceyhan terminalına neft göndərə bilmir. Səbəb isə bu il martın 2-də neft boru kəmərinin Mosul yaxınlığında islamçılar tərəfindən partladılmasıdır. "İraq və Şam İslam Dövləti” (İŞİD) üzvlərinin Mosulu və İraqın bir neçə şəhərini işğal etməsi hökumətə neft ixracında daha ciddi problemlər yaradıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi