11-07-2014 [22:17]
Xəzər rayonunda ciddi işıq problem yaranıb. Belə ki, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları Mərdəkan, Şüvəlan və digər kəndə və qəsəbələrdə əhaliyə zülm edirlər. Bu barədə Milli Azadlıq Hərəkatının ilk fəallarından biri, AXCP sədrinin müşaviri Şakir Abbasov açıqlama verib.
Onun sözlərinə görə, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları ərazidə qoçuluq edirlər: "Bu gün həmin idarənin əməkdaşları əhaliyə divan tutur. İstədikləri kimi gəlib camaatın işıqlarını kəsirlər. Altlarında 50-60 min manatlıq bahalı maşınlarla evlərə hücum çəkir, insanları hədələyir, istədiklərini edirlər”.
Şakir Abbasov qeyd edir ki, "Prezident həmişə şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən danışır. Lakin bu məmurlar yenə də öz bildiklərini edirlər. Mən Milli Azadlıq Hərəkatının ilk günündən meydanlarda olan, AXC hakimiyyəti dövründə icra başçısı işləmiş adamam. Ailəmi dolandırmaq üçün xırda bir dükana bənzər bir yerim var. Amma mənim bu gün imkanım ancaq avtobusla gediş-gəlişə çatdığı halda, bunlar montyor maaşı ilə o bahalı maşınları necə alıblar? Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin müdürünün maaşı nə qədərdir ki, yüz minə yaxın qiyməti olan maşın sürür? Həm də bunlara kim səlahiyyət verib ki, heç kimi, heç rayonun icra başçısı Gülağa İslamovu belə tanımırlar”.
Abbasovun sözlərinə görə, Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları məcburi köçkün, əlil, imkansız, şəhid ailəsi demədən hər kəsə qarşı sərt tədbirlər həyata keçirirlər: "İnsanları o həddə çatdırırlar ki, xalq faizə pul götürərək, işıq pulu ödəyirlər. Xalqa bu qədər zülm etmək olmaz. Baxın, bəyənmədiyimiz Türkmənistanda, Qazaxıstanda xalq komunal xərclərdən azaddır. Biz isə harınlamış məmur tayfası ilə üz-üzə qalmışıq”.
Qeyd edək ki, bir neçə gün öncə Xəzər rayonu Enerji Təchizatı və Satış İdarəsinin əməkdaşları Şakir Abbasovun evinə hücum etmişdilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi