Oğurlanan şamdanlar, “dirilən” adamlar...
14-09-2024 [19:01]
Pərvanə BAYRAMQIZI
***
Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” əsərinin “Karokep” hissəsində adamı riqqətə gətirən epizod var.
Həmin hissəni oxuyanda oxumağa fasilə verir, düşünürsən: “İlahi, vicdan hissini oyatmağın necə gözəl yolları varmış. Vicdanlısansa, oxuduğun qəlbini təzədən gözəlləşdirəcək, düşüncənin dərin qatlarına enəcəksən”.
Finlandiyada quldurluğu ilə insanları həyəcanlandıran Karokep adlı şəxs cinayətkarlıqda ad çıxarır. Onu ruhi xəsətəxanaya salsalar da, oradan qurtula bilir. Uşaqlıqda olduqca məsum, həssas olan qulduru cinayətlər törətməyə təhrik edən cəmiyyətin çirkabı olur. Yanında işlədiyi tacirin malını kəndlilərə paylayıb özünü də kötəkləməyinə səbəb tacirin tərəzidə fırıldaq edib insanları aldatmasıdır. O, insanların tamahkarlığını, ədalətsizliyini, yalan danışmaqlarını qəbul edə bilmir. Qəzəb, nifrət hissi onu qatilə çevirir. Sonda isə keşişin təsiri ilə cinayətdən çəkinib doğru yola qayıdır.
L.Tolstoyun təbirincə desək, dirilmə bir gecənin içində baş ve¬rir.
Quldur ruhi xəstəxanadan qaçıb yaraladığı keşişin yanına gəlir. Keşiş onu içəri buraxanda ona sual verir ki, sizi yenə öldürə biləcəyimdən qorxmursunuzmu?
“Qorxmuram”, – deyir keşiş.
Quldur səbəbini soruşanda verdiyi cavab oxucunu təsirləndirir: “Gözləri belə olan insanlar heç vaxt kimisə öldürməzlər”.
Quldur:
– Mənim gözlərim necədir?
Keşiş:
– Hüznlü. Dərin kədər var içində.
Keşiş rəftarı ilə quldurun içində közərən işığı üzə çıxarır, üfürüb alovlandırır. Quldur ağlayır, diz çöküb üzr istəyir. Keşişin təsiri ilə yenidən uşaqlıqdakı kimi saflaşmağa can atır. Nəticə həssas oxucuların ürəyincədir. Cinayətkar üç övladına mükəmməl təhsil verən ataya çevrilir.
Toyuğun cücələrini qanadı altına yığıb saxladığını görəndə qatilin qolları boşalıb silahı əlindən düşərsə, dünyanın düzələcəyinə inamımız artar. Onda müharibə də olmaz. Necə ki, bu mənzərə laqeyd qarşılanıb, sadəcə ev quşunun adi günlərindən biri kimi dəyərləndiriləcək, bəşəriyyət çox bəla çəkəcək.
Kədərin hikməti var. Həddən çox eyforiya vecsizliyə aparır. Kefcillik milləti özünüdərkdən uzaqlaşdırır. Kədər insanı özünü dərk etməyə sövq edir.
Mahiyyəti eyni olan başqa bir əsərdən göstərəcəyim nümunə də hissiyyatsız insanlarda bayılmış vicdan üçün naşatır spirti effekti verəcək.
Oğurluğa düşən kişi ilə ev sahibi qadının dialoqu:
Qadın:
– Bir az da qalın, söhbət edək. Elə maraqlıdır ki, istəyirəm, izah edəsiniz nə üçün oğurlamaq – sizə çatası şeyi götürməkdir?
Oğru səmimiyyətlə həyatını danışır. Oxucuya məlum olur ki, o, əslində, öz haqqı olanı istəyir. (Əhatəli yazmayacağam, əsəri tapıb oxuyun. Aşağıda adını qeyd edəcəyəm). Qadın dinləyir. Qəfildən xidmətçilər otağa daxil olurlar. Oğru Lyük qadından nə vaxt zəng etdiyini soruşur. O, zəngin düyməsinin stolun altında olduğunu deyir. Özünün səmimiyyəti, qadının hiyləgərliyi onu təəssüfləndirir. Əslində, yardım istəmək zərərçəkənin haqqıdır, amma oğrunun izahına və rəftarına görə bu hərəkəti tədbir yox, hiyləgərlik saymaq olar. Qadın tapançanı onun əlindən almağa nail olsa da, öldürə bilmir. Oğrunun sözlərinin təsirindən cəsarətini itirir. İnsanı mənən öldürmək cismən məhv etməkdən asandır. Qadının hiyləsi artıq oğrunu mənən öldürür, səmimiyyətə inamını itirir. Yazıçı cismani ölümü ona qıymır. Bəlkə də, qadını qatil etmək istəmir.
Cek London “Martin İden”də qadının bir kişini mənən öldürdüyünün əvəzini burada – “İnsan öldürmək” hekayəsində çıxmağa çalışır. Ruf Martini mənəvi boşluğa itələmişdi. Oradan xilas ola bilməyən Martinin intiharı seçməsində əsl günahkar Ruf idi, amma ona cinayət işi açmaq mümkün deyil.
Mənəviyyat qatilləri məsuliyyətdən azaddırlar, ona görə istədikləri şəraitdə qurbanlarını istədikləri rəftarla, sözlə məhv edə bilirlər. Yazıçı hekayədə qadına cəsarətsizlik verib oğrunun səmimiyyətinə təslim edir. İnsanı mənən diriltmək, yenidən həyata qaytarmaq onu öldürməkdən çətindir.
Lev Tolstoyun “Dirilmə”si də mövzuya gözəl nümunədir. O qədər böyük əsərdir ki, özünü ayrıca təhlil etməyə ehtiyac var. Orada kişi keçmişdə buraxdığı səhvi düzəltməklə özü özünü dirildir, qadını da xilas edir. Jan Valjanı xatırlamaq da təbiidir. Yepiskopun gümüş şamdanını oğurlasa da, şamdan sahibi onu bağışlayır. Bundan sonra Valjan tövbə edib ləyaqətli adam olur.
Xatırlamağa çalışaq: neçə gözə kədər, neçə qəlbə ümid, inam vermişik? Hesa¬batını aparıb, xəcalət çəkib, yaxud məmnun olmuşuqmu? Neçə qulduru bağışlayıb vicdan hissini oyatmışıq? Neçə səhv sahibini cəmiyyətə qaytarmışıq?
Bir insanı doğru yola qaytarmaqla müqayisədə nəinki gümüş, heç qızıl şamdanın da dəyəri yoxdur. Sağlam mənəviyyata zərbə vuranların sayının azalması üçün ən gözəl əsərlərin oxunması, yazılması vacibdir. Ədəbiyyatın tərbiyəedici funksiyasına inanıram. Şamdanımız oğurlansa da, təki kimisə mənən dirildək. Onda bütün əşyalarımız özümüzdə qalacaq.
Elə buradaca özümün fikrini təkzib edən ötənilki paylaşımımı xatırladım: ““Mumu” Putinin ölkəsində yazılıb”.
Pessimistlik olmadı ki?
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər