Söyülən onlar, başını girləyən baş məşqçilər, şellənən isə AFFA... - Millimiz niyə uğursuzluqdan çıxa bilmir?
09-09-2024 [09:56]
Zülfiyyə MUSTAFAYEVA
***
Futbol üzrə milli komandaların adının qarşısındakı "Azərbaycan" sözündən artıq utanıram.
İstəyirəm deyəm AFFA-ya ki, neyləyirsiniz edin, amma ölkənin adını belə ucuzlaşdırmayın. Ayıbdı. Getdiyiniz ölkələrdə lağa qoyurlar bizi. Burada da camaat artıq təzə söyüşlər öyrənib.
Böyüklərin milli yığmasına onsuz da çoxdan ümidi kəsmişdik. U-21 və U-17 bir az bizi sevindirə bilərdi, amma görünür, AFFA-nın hamamının suyunun təsirindəndi ki, yetişənlər də bizim futbolun başını yerə soxmaqdan başqa bir şey bilmir.
O gün Bədavi Hüseynovla danışmışam, millinin oyunundan sonra ona sual verirəm ki, klublardakı oyunlarda heç olmasa, azdan-çoxdan qol vurursunuz, amma milliyə gələndə niyə can yandırmısınız, həvəsiniz olmur, motivasiya itir?

BƏDAVİ HÜSEYNOV
Bədavi deyir ki, əksinə, Azərbaycan bayrağı altında hər oyun onlar üçün əhəmiyyətlidi: "Burada motivasiyanın yoxluğundan söhbət gedə bilməz. Əksinə, beynəlxalq yarışlarda daha çox əzmkarlıq göstərərək öz azarkeşlərimizi sevindirmək istəyirik. Bizim uşaqların ən böyük arzusu qol vurmaqdı. Amma təəssüf ki, biz bunu reallaşdıra bilmirik".
B.Hüseynov millinin oyunlarında uğursuzlugun səbəbini çox maraqlı izah edir: "Biz gec-gec görüşürük və ona görə də bir-birimizi başa düşmürük. Amma qarşıdakı oyunlarda məsuliyyətimizi artıracağıq".
İndi aydın olur, niyə millimiz bu gündədi? Onlar hazırlaşmaq nədi, heç düz-əməlli məşq belə etmir. Aralarında koordinasiya yoxdu. Nə deyə bilərsən Bədaviyə, yaxud bir başqasına? Neyləsin bu futbolçular?
Adam səmimi olaraq deyir ki, biz istəyirik qol vuraq, amma bunun üçün yaxşı hazırlaşmaq lazımdı.
Bəs bu futbolçuları kim hazırlaşdırmalıdı, texniki, taktiki məsələləri həll etmək kimin işidi? Hər klubdan bir neçə nəfər yaxşı futbolçunu oyundan-oyuna bir yerə yığmaq milli komandamı sayılır?
Mən istəsəm, millinin baş məşqçisi Fernandu Santuşa bir "quş" qoyub, hər şeyi onun boynuna yıxa bilərəm. Asandı bunu eləmək. Əslində, elə Santuş kimilərini milliyə ona görə gətirirlər ki, söyəndə rahat söyə bilsin camaat. Qoca kişidi, dünya eyninə deyil, mediadan xəbəri yoxdu, dili də bilmir. Camaat döşəyir onun eninə-uzunun, AFFA-dakıların yumşaq yeri yayda sərin, qışda isti qalır.
Mən o gün istəyirdim Nəriman Axundzadə ilə də bir az söhbət edim, görək, nə düşünür bu ardıcıl uğursuzluqlar barədə. Amma üzündəki bezikmiş, yorgun ifadə ilə qaçıb getdi. Nəyə görə, bilirsinizmi? O uğur ki, sən onu təkbaşına qazana bilmirsən, digərlərindən asılısan, o səni əvvəl-axır yoracaq. Daima başqasının performansından, uğurlu ötürməsindən və s.dən asılı olmaq bezdirir adamı.
Lap bu yaxınlarda paralimpiya çempionumuz Lamiyə Vəliyevanın ötən müsahibəsinə baxmışam, sən demə, o, əvvəllər voleybolla məşgul imiş. Deyir ki, komanda ilə oynamaq onu bezdiribmiş, daima kimdənsə asılı olmaq uğursuzluğa səbəb olurmuş. Ona görə voleybol komandasından ayrılıb və yüngül atletika ilə məşğul olmağa qərar verib.
Futbolu ki, təkbaşına oynamaq mümkün deyil.
Neyləsin bu futbolçular?
Söyülən onlar, başını girləyən baş məşqçilər, şellənən isə AFFA.
Bu qurum nə vaxt öz strateji məqsədlərini kağızın üzərindən real tətbiqə keçirəcək?
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər