Nazirlər Kabineti vergi ilə bağlı yeni qərar imzalayıb - DETALLAR
04-09-2024 [10:08]
Nazirlər Kabineti Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını təsdiqləyib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri aşağıdakı qaydada müəyyənləşdirilir:
- gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə (vergi ödəyicisi əvvəlki hesabat ilində tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc 3 sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə (vergi ödəyicisi əvvəlki hesabat rübündə tam fəaliyyət göstərmədiyi halda fəaliyyət göstərdiyi ayların sayına) bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə (vergi ödəyicisi müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı müvafiq bəyannamə (gəlir, mənfəət və ya sadələşdirilmiş vergi bəyannaməsi) formasında tərtib etməklə və sadələşdirilmiş vergi ödəyicisi üzrə vergi ödəyicisinin təqdim etdiyi xərc sənədlərini əlavə etməklə təqdim etməlidir) əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;
- hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən (elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s.) istifadə olunur.
Vergi ödəyicisinin xərcləri barədə vergi orqanında məlumat olduqda həmin xərclərlə bağlı sənədlər vergi ödəyicisindən tələb edilmir.
Vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə müvafiq olaraq gəlir, mənfəət və (və ya) sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçirilənədək və ya kameral vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət keçənədək, eyni zamanda vergi ödəyicisi tərəfindən müvafiq bəyannamələr təqdim edilməli olduğu halda, bəyannamələr təqdim edilənədək müraciət etdikdə vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və vergi ödəyicisinə qeyd olunan hallar həll olunduqdan sonra yenidən müraciət etməsi barədə məlumat verilir.
Orta aylıq gəlirdən orta aylıq xərclər çıxılaraq, üzərinə müraciət edilmə tarixinə vergi ödəyicisinin xəzinəsində (kassasında), milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı (orta aylıq gəlirlə orta aylıq xərcin müsbət fərqi qədər azaldılmaqla) gəlinməklə vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsaiti müəyyənləşdirilir.
Vergi Məcəlləsinə uyğun olaraq təqdim edilən sənədlər əsasında vergi ödəyicisi tərəfindən sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərin çəkilməsi aşkar edilərsə, mütənasib olaraq sərbəst vəsaitin məbləği artırılır.
Vergi ödəyicisinin vergi borcu bu Qaydanın 2.4-cü və 2.5-ci bəndlərinə əsasən müəyyənləşdirilən sərbəst vəsaitinin 1,3 mislindən artıq olarsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə vergi ödəyicisinin seçimindən asılı olaraq Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrində göstərilən qaydada uzadılır.
Bu Qaydanın digər müddəalarından asılı olmayaraq, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri və yenidən qurulması layihələri çərçivəsində bu sahədə işləri həyata keçirən publik hüquqi şəxsə, onun tabeliyində olan publik hüquqi şəxslərə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara (idarələrə), onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandıqda, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi