"Körpü Bina Tikinti" MMC-də anti-korrupsiya əməliyyatları, sədrin həbsi gündəmdə

img

10-07-2014 [11:54]


Ramiz Göyüşovla bağlı xoşagəlməz faktların ortaya çıxdığı bir vaxtda "Körpü-Bina-Tikinti" (KBT) Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) neqativ halların bitib-tükənmək bilmədiyi barədə informasiyalar cəmiyyətə ötürülür. 

Şəhərin əksər yerlərində salınan körpülərin, yeraltı və yerüstü keçidlərin tikinti işlərini həyata keçirən bu şirkətin adı bir sıra xoşagəlməz məsələlərdə hallanır. Hətta dəfələrlə mətbuatda "Körpü-Bina-Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovun qanundan kənar maliyyə əməliyyatları, dövlət sifarişli layihələrin icrası zamanı yol verdiyi ciddi nöqsanlarla bağlı silsilə yazılar dərc edilib. Aldığımız son məlumatlara görə, aidiyyəti hüquq-mühafizə orqanları MMC-də həyata keçirilən yeyinti hallarından xəbər tutublar. Bu barədə redaksiyamızı məlumatlandıran şəxsin sözlərinə görə, dövlət büdcəsi hesabına sifariş edilən layihələrin tikintisi zamanı MMC-nin rəhbərliyində təmsil olunan şəxslər, xüsusilə də şirkətin sahibi Xəlil Göyüşov külli miqdarda vəsaiti şəxsi məqsədləri üçün istifadə edib. Belə ki, tikinti işlərində ən ucuz materiallardan istifadə olunduğu halda, MMC sədri kağız üzərində şişirtmələrə yol verərək büdcənin vəsaitlərinin axırına çıxıb. Həmçinin o yerli sexlərdə istehsal olunan tikinti məhsullarını xarici mal adı altında qanunsuz maliyyə maxinasiyalarına yol verib. Bu faktlara göz yuma bilməyən prokurorluq orqanları "Körpü-Bina-Tikinti" MMC-də cərəyan edən xoşagəlməz işlərin izinə düşmək qərarına gəliblər.

Qeyd edək ki, son vaxtlar müxtəlif tikinti şirkətlərinin rəhbərləri dələduzluqda və korrupsiyada ittiham olunaraq həbs edilirlər: "Məhdud Məsuliyyətli Cəmiyyətdə gözlənilən korrupsiya yoxlamaları Xəlil Göyüşovun həbsi ilə nəticələnə bilər. İstintaq orqanları şirkətin icra etdiyi bütün dövlət sifarişlərinin maliyyəsini, yəni ayrılan pulların necə xərclənməsini araşdıracaqlar. Yəqin ki, bu yoxlamalardan sonra MMC sədri həbs olunacaq".

Qeyd edək ki, yazılanlarla bağlı Xəlil Göyüşovla dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zəngələrimizə cavab verilmədi. Amma qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(gundelikbaku)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA