BANK KARTLARINDAKI PULLARI ƏLƏ KEÇİRƏN DƏSTƏ QANDALLANDI - DİN-dən mühüm əməliyyat (VİDEO)
29-08-2024 [10:22]
Daxili İşlər Nazirliyinə son dövrlər ödəniş sistemləri, online alış-veriş saytları və digər internet resurslarında yeni texnoloji vasitələrdən istifadə olunmaqla müştərilərin kart məlumatlarının ələ keçirilərək pul vəsaitlərinin oğurlandığı barədə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilir.
Mia.az DİN-ə istinadla bildirir ki, kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet resurslarında aparılan araşdırmalar nəticəsində həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sosial şəbəkələrdə qanunsuz şəkildə fəaliyyət göstərərək fişinq yolu ilə vətəndaşların kart məlumatlarını əldə edərək xüsusilə külli miqdarda pul vəsaitləri oğurlayan daha bir dəstənin üzvləri Ərtoğrul Akdemir, Şamxal Abbasov, Qnyaz Həsənov və Sabir Hümmətzadə saxlanılıblar.
Müəyyən olunub ki, dəstə üzvləri cinayət əlaqəsinə girərək banklar və alış-veriş platformalarına oxşar saxta saytlar hazırlayaraq guya banklar tərəfindən pul uduşlu lotereyalar keçirildiyi, bahalı telefon modellərinin dəyərindən aşağı qiymətə satışa çıxarıldığı barədə həqiqətəuyğun olmayan elanlar yerləşdiriblər. Dəstə üzvləri bu elanların geniş yayımı və daha çox vətəndaşın cəlb olunması üçün sosial şəbəkələrdə həmin linklərin ödənişli reklamlarını da təşkil ediblər.
Vətəndaşlar saxta linklərə daxil olaraq özlərinə məxsus bank kartlarının məxfi və OTP təhlükəsizlik kodlarını təqdim edəndən sonra qrup üzvləri həmin şəxslərin mobil bank tətbiqlərinə daxil olaraq hesablardakı pulları oğurlayıblar. Saxlanılanlar şəxsiyyətlərinin müəyyən edilməməsi məqsədilə oğurlanmış vəsaitləri müxtəlif şəxslərdən ödəniş müqabilində ələ keçirdikləri kartlara köçürərək sonradan kriptovalyuta hesablarına göndəriblər.
Nəzərə almaq lazımdır ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.
Baş İdarədə aparılan araşdırmalar, eləcə də dəstə üzvlərinin gizli şəkildə fəaliyyət göstərdikləri internet resurslarına baxış zamanı aşkar olunan maddi və elektron sübutlar əsasında onların 400-ə yaxın vətəndaşın kartından pul vəsaitləri oğurlayaraq onlara ümumilikdə 500.000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. Sonuncu əməliyyat zamanı saxlanılan Ərtoğrul Akdemir və Şamxal Abbasovun başçılıq etdiyi kiberdəstənin törətdiyi qanunsuz əməllərlə bağlı Baş İdarədə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi