"Maaş qalxan kimi VÖEN-lə çalışanların ödənişi də artır" - Yanvarda maaşlar artırılacaq?
27-08-2024 [14:56]
Azərbaycanda minimum əməkhaqqının artırılması və saatlıq əməkhaqqı rejiminə keçilməsi mövzusu son dövrlərdə işçi hüquqlarının gücləndirilməsi və sosial rifahın artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Hökumət bu addımları ataraq, işçilərin sosial müdafiəsini gücləndirmək və əmək bazarında daha ədalətli şərait yaratmaq məqsədini güdür.
Minimum əməkhaqqının artırılması milyonlarla insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, işçilərin əməyinin daha layiqli şəkildə qiymətləndirilməsini təmin edəcək. Eyni zamanda, saatlıq əməkhaqqı rejiminə keçid, iş vaxtının daha səmərəli təşkili və işçilərin hüquqlarının qorunması istiqamətində mühüm addım hesab edilir. Bu dəyişikliklər, əmək bazarında daha çevik və müasir yanaşmaların tətbiqinə şərait yaradacaq və işçilərin öz hüquqlarını daha asan şəkildə qorumaq imkanını artıracağı bildirilir.
Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, bu mexanizm Azərbaycanda tətbiq edilərsə, ciddi dəyişikliklər olmalıdır:
“Bununla bağlı mediada ictimai müzakirə yarandı, lakin bunun mexanizmi ilə bağlı hər hansı bir açıqlama olmadı. Maraqlıdır, bu mexanizm necə hesablanacaq? İndiki minimum əməkhaqqı 345 manatdır. Bunu 5 günlük iş sistemi ilə hesablasaq və saat hesabı 8 saatlıq iş rejiminə bölsək, deməli bir saata təxminən 1 manat 80 qəpik düşür. Əgər elə olacaqsa, bu, təbii ki sərfəli deyil. Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 700 mindən bir az çoxdur. Bunun yarıdan çoxu dövlətdə, digərləri isə özəl sektorda çalışır”.
Ekspert qeyd edib ki, dövlətdə çalışan sahələrdə saat hesabı iş rejiminə keçmək daha asandır, amma sərfəli olub-olmayacağı saat hesabının miqdarından asılıdır. Onun sözlərinə görə, bu il təqaüdlərlə bağlı qərar verildi, orta aylıq əməkhaqqı ilə bağlı qərar verilmədi:
“Ola bilər ki, minimum əməkhaqqı gələn ilin yanvarında artırılsın. Amma 10 faizdən çox bir artımın olacağını düşünmürəm. Yeni büdcə ilində, yəni 2025-ci ildə artımın olacağı daha realdır. Biz illərdir çağırış edirik ki, qanunda dəyişiklik edilsin. Bizdə minimum əməkhaqqı VÖEN-lə çalışanların sosial müdafiə fonduna ödənişlərinə bağlıdır. Minimum əməkhaqqı qalxan kimi heç bir qanunda dəyişiklik edilmədən avtomatik olaraq Sosial Müdafiə Fondunda VÖEN-lə çalışanların ödənişi də artır. Bu isə vətəndaşlarda ciddi narazılıq yaradır”.
Natiq Cəfərli əlavə edib ki, qanunvericilikdə minimum əməkhaqqının Sosial Müdafiə Fonduna ödənişlərə hesablama qaydası da parlamentin tərkibi müəyyənləşdikdən sonra qanunda bu aradan qaldırılsa çox yaxşı olar.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi