"Adam ikinci ildi "Səbail"in büdcəsinin altından girib, üstündən çıxır"

img

18-08-2024 [21:57]


İxtiyar ƏSGƏROV,

***

Məğlubiyyətə layiq deyildik. Yolumuza davam edəcəyik. Komanda düzgün yoldadır" - Şahin Diniyevin hər yenilgidən sonra mətbuata söylədiyi ənənəvi nağıllardan şablon sitat.

Komanda o boyda şəraitə rəğmən, ötən mövsümü autsayderlər sırasında bitirdi, indi də 3 oyunda 2 məğlubiyyət var, "Neftçi" ilə görüşdə qazanılan 1 xal isə təsadüf idi. Adam ikinci ildi "Səbail"in büdcəsinin altından girib, üstündən çıxır, hər mövsüm az qala heyətin yarısını dəyişir, amma özü kimi, komandası da düzəlmir.. .

Diniyevin dediyi yol düzgün yol deyil, vəzifədən ikiəlli yapışmaq, qohum qonşunu dolandırmaq, bir sözlə, rəhbərliyin başının altına yastıq qoyub, "nə qazandım, qazandım"dı.

Diniyev öncədən "Səbail" üçün uğurlu seçim deyildi, adam çeynənmiş saqqızdı, şəxsi mənafeyini, maddi maraqlarını klubdan üstün tutur, belə olan halda, Bayıl təmsilçisi rəhbərliyinin yenidən ona güvənməsi böyük yanlış idi...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR