“Kontakt Home”, “Baku Electronics", “İntegral”... - Dövlət xidməti bur şirkətlərlə bağölı əhaliyə xəbərdarıq elədi
30-07-2024 [15:39]
Azərbaycanda elektronika və məişət texnikası satan sahibkarlıq subyektlərinin internet səhifələrində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər könüllü aradan qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlərin müqavilələrə daxil edilməsi, həmçinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasının qarşısını almaq məqsədilə elektronika və məişət texnikası mallarının satışı sahəsində əsas bazar iştirakçıları olan – “ABC Telecom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi), “Baku Electronics” MMC, “İntegral” QSC (“Maxi” mağazalar şəbəkəsi), “İrşad Electronics” MMC, “Power On” MMC (“Music Gallery” mağazalar şəbəkəsi), “Soliton LTD” MMC və “Ultratek” MMC-nin (“Texnomart” mağazalar şəbəkəsi) internet səhifələrinə baxış keçirilib. Nəticədə, “ABC Telecom”, “Baku Electronics”, “İrşad Electronics”, “Power On”, “Soliton LTD” və “Ultratek”in zəmanət şərtlərinin, habelə malların dəyişdirilməsi və qaytarılması zamanı tətbiq edilən şərtlərin istehlakçıların hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdırdığı müəyyən edilib.
Yuxarıda göstərilən hallarla bağlı həmin sahibkarlıq subyektlərinə fəaliyyətlərinin istehlakçı hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğunlaşdırılması barədə məktublar ünvanlanıb. Həmin məktublarda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına, habelə qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə qüvvədə olan qanunvericilik aktlarının müddəaları diqqətə çatdırılıb. Qeyd edilən sahibkarlıq subyektləri istehlakçı hüquqlarını məhdudlaşdıran halları könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb.
Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır və bu şərtlərin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə istehlakçı həmin zərər məbləğinin təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması, eləcə də qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
İstehlakçılar qanunvericiliklə təminat verilən hüquqlarının pozulması, yaxud onları məhdudlaşdıran hallarla üzləşdikləri halda, Dövlət Xidmətinə internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi