07-07-2014 [16:18]
Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasın sadiq qalaraq iyulun 7-dən etibarən Lerik şəhərində yeni AzEks ofisini abunəçilərin ixtiyarına verib. Lerik şəhəri, Nizami küçəsində yerləşən ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana biləcəklər. Belə ki, yeni AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. İlk dəfə olaraq Azercell tərəfindən təqdim olunan bu konsepsiyaya əsasən abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Yeni açılan AzEks ofisi Lerik sakinlərinin etibarlı rabitə ilə yanaşı, həm də rahat müştəri xidmətlərindən yararlanmasına şərait yaradacaq.
Şəbəkəsini və əhatə dairəsini genişləndirən Azercell-in hal-hazırda Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur.
Qeyd edək ki, Azercell şirkəti bölgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində yeni AzEks ofisləri ilə yanaşı, eyni zamanda sırf regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsulları da abunəçilərinin ixtiyarına verir. Belə ki, 06.07.2014-15.12.2014-cü il tarixlərində Cəlilabad, Masallı və Lerik rayonlarında nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri və əvvəlcədən müəyyən olunmuş mövcud və yeni təsis fakturasız xətt nömrələri üçün "Regional kampaniya” keçirilir. Bu kampaniya 3 mikrokampaniyadan ibarət olacaq. "Azercellə gəl - 1 yuklə , 3 al” kampaniyası çərçivəsində, abunəçilər 30 iyun 2015-ci il tarixinədək yüklədikləri hər hansı danışıq kartı məbləğinin 2 mislini bonus şəklində Azercell-dən hədiyyə alacaqlar. Bonus məbləği şəbəkədaxili zənglər (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla), ölkədaxili SMS və İnternet üçün 30 gün ərzində istifadə edilə bilər. "Azercell-dən 10 dəqiqə hədiyyə kampaniyası” zamanı isə abunəçilər 2662 qısa nömrəsinə "hediyye”, "podarok”, present” sözlərindən birini və ya " ” göndərməklə, növbəti günün sonuna qədər (00:00) pulsuz 10 dəqiqə danışıq imkanı əldə etmiş olacaqlar. Bonus dəqiqələrini şəbəkədaxili zənglər (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla) üçün istifadə etmək mümkündür. "3 AZN və daha artıq yüklə - 24 saat pulsuz danış” kampaniyasına qoşulan abunəçilər isə ən azı 3 AZN və daha artıq nominalda kart yükləməklə, 24 saat pulsuz danışıq əldə edəcəklər. Bonus dəqiqələrini, yükləmə etdikdən sonra, 24 saat ərzində şəbəkədaxili (qısa nömrələrə və rominq xidməti çərçivəsində edilən zənglər istisna olmaqla) zənglərə istifadə etmək mümkündür.
Hər zaman abunəçilərinin rahatlığını düşünən Azercell daha yeni kampaniyaları və xidmətləri ilə Sizləri sevindirəcək. Azercell-lə bu yayı daha yaxşı yaşayın!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi