Dövlət Xidməti "Hyundai"ın yerli dilerinə qarşı iş qaldırdı
17-07-2024 [10:52]
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycanda "Hyundai" markalı minik avtomobillərinin satışı ilə məşğul olan "Auto Azərbaycan” MMC-yə qarşı iş qaldırıb.
Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, araşdırmalar nəticəsində şirkətin müştərilərlə bağladığı müqavilələrə və zəmanət şərtlərinə istehlakçı hüquqlarını məhdudlaşdıran şərtlər əlavə etdiyi, o cümlədən nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinə və ya stansiyalarına qarşı haqsız rəqabətə səbəb ola biləcək tələblərin yer aldığı və bununla da, haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən edilib. İşə baxılması zamanı “Auto Azərbaycan” yol verdiyi haqsız rəqabət hallarını könüllü olaraq aradan qaldırıb və bunu Dövlət Xidməti nəzərə alıb.
Nəticədə avtomobillərin satışı zamanı bağlanmış zəmanət müqaviləsində, eləcə də zəmanət və servis kitabçalarında sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklər nəzərdə tutmaqla haqsız rəqabətə yol verməməsi haqqında icrası məcburi göstəriş verilib. Eyni zamanda “Auto Azərbaycan”ın istehlakçı müqavilələrində və zəmanət şərtlərində istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aradan qaldırması nəzərə alınıb.
Rəqabət qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti sahəsində rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi, habelə müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və bu hərəkətlərə yol verilmir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi inzibati məsuliyyətə səbəb olur.
Vətəndaşlar və sahibkarlıq subyektləri müqavilələrdə məhdudlaşdırıcı şərtlər və haqsız rəqabət halları ilə üzləşdikləri halda, Dövlət Xidmətinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi