04-07-2014 [20:23]
Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial sahədə həyata keçirdiyi növbəti unikal layihəsi olan və yaranması 2011-ci il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən Mobil Göz Klinikası bu gün də uğurla fəaliyyətini davam etdirir. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edən bu layihə, həmçinin, ahılları və aztəminatlı ailələri əhatə edir.
Mütəmadi olaraq uşaq və ahıllar evinə səfər edən Mobil Göz Klinikasının həkimləri iyulun 2-si Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmatoloji Sanatoriyasında 36 nəfəri müayinə ediblər. Həmçinin, iyulun 3-də Azercell-in Mobil Göz Klinikası Sumqayıtda yerləşən Laçın və Zəngilan rayonlarından olan məcburi köçkünlər üçün sığınacağı ziyarət edərək 36 şəxsi – 31 uşaq və 5 yaşlı insanı müayinədən keçirib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəbləri, uşaq evlərinə səfər edib. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq düşərgələrində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən görmə qüsurlu uşaqların müayinələri aparılıb. Təkcə ötən il ümumilikdə Mobil Göz Klinkasında 563 nəfər müayinədən keçib ki, bunun da 519 nəfəri uşaqlar, 44 nəfəri isə yaşlılardı.
Qızmar yay aylarına baxmayaraq, Azercell-in Mobil Göz Klinikası yardıma ehtiyacı olan hər kəsin faydası naminə özünün intensiv fəaliyyətini davam etdirir. İyulun 9-da Klinika Qala qəsəbəsindəki məcburi köçkünləri ziyarət edərək onlar üçün göz müayinəsi aparacaq.
Qeyd edək ki, Azercell 4 il öncə Mobil Diş Klinikasını da istifadəyə vermişdir. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu oldu ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başladılar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi