Nazir olmaq istədi, icra başçısı göndərildi: siyasi iddiası və böyük biznesi olan Adil Əliyev...
08-07-2024 [23:23]
Samir Feyruzov
****
Növbəti parlament formalaşandan sonra Adil Əliyevin vitse-spiker postundan gedəcəyi gözlənilirdi. Amma deputat mandatı alacağı şübhə da doğurmurdu. Onun Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatı isə gözlənilməz oldu.
Maraqlıdır, Parlamentdə vitse-spiker postuna Fazil Mustafanın gətiriləcəyi bildirilir. Fəzail İbrahimlinin də vitse-spiker kreslosu ilə vidalaşacağı əldə olunan məlumatlar sırasındadır.
Təxminən 20 il deputat mandatı daşıyan A.Əliyevin son illərdəki fəaliyyəti daha çox onun siyasi persona kimi formalaşmasını önə çəkirdi. O, iddialı adamdır, dəqiq!
İcra strukturuna göndərilməsini onun karyerasında ciddi eniş nöqtəsi hesab etmək olar. Belə ki, Parlamentin sədr müavini postundan paytaxtın ən şikəst rayonlarından birinə rəhbər gedən A.Əliyevin iddiaları tamam başqa idi: iki dəfə nazir olmaq istəmişdi, sonuncu dəfə Naxçıvana təyinat almaq üçün çalışırdı.
A.Əliyevin seçiciləri deputat kimi onun səmimiliyini qəbul edirdi, elə dini inancında da həmişə sabitqədəm və ötkəm olub. Azərbaycan xalqının əvəzolunmaz sərvəti - Hacı Şahin Həsənlinin vəfatından sonra A.Əliyev öz əqidəsinə qətiyyəli sədaqət nümayiş etdirdi. Bu həmin vaxt idi ki, xalqın ənənəvi dini inanc sisteminə qarşı məqsədli şəkildə hücumlar həyata keçirilirdi. Bir çox deputat xalqın inanc sistemini hədəfə almaq üçün sıraya durmuşdu. Amma A.Əliyev belə bir məqamda öz mövqeyini ortaya qoydu, Hacı Şahinin ölümü ilə bağlı ehsan verdi. İndi danışmaq çox asandır, həmin vaxt bu cəsarət tələb edirdi.
Və bir şeyə də dəqiq əminəm, Nərimanovdan seçilən heç bir deputat seçicilərlə onun qədər təmas qurmaq imkanına sahib olmayacaq. Amma bir məsələ də var idi ki, o, sıradan görüşlərini də böyük ölçüdə təqdim etdirirdi, pul hesabına ciddi PR qururdu. Ölkədə yeganə şəxslərdəndir ki, minlərlə könüllü trol ordusuna sahibdir.
A.Əliyev nəhəng biznes imkanlarına sahibdir, az qala Nərimanov rayonunun yarısı ona məxsus otellər, restoranlar, şadlıq sarayları və villalarla doludur. O, tək-tük deputatlardan idi ki, həmişə əlində media qurumu bəsləyib, onlarla jurnalistə aylıq pul verib, ətrafında çoxsaylı trollar ordusu saxlayıb. Qarşısında təzim edən yüzlərlə idmançı var. Amma məsələ bununla bitmir, ölkənin əksər jurnalistləri həmişə ona təriflər yağdırıb. Bəlkə də layiqdir, bilmirəm, amma A.Əliyevdən ən azı bircə dəfə də olsun yararlanmayan çox az sayda jurnalist tapmaq olar.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər