Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var...
25-06-2024 [12:00]
Zahid Oruc,
STM rəhbəri, millət vıkili
***
Vətən müharibəsində Qələbəmiz Erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa yaxındır.
28 may müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir. Bəli, sərhəddin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür.
Hamıya bəllidir, Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox xalqımıza edilib. Biz Razdan meydanında İskəndər raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əskərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.
Əgər qətllər törədən hərbçiyə Böyük Tiqran ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də episkopluqdan Patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə azərbaycanlı xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Erablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan Patriarxat və kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən koçaryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb. Əsil faciə budur.
Artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyir. İlk növbədə, erməni Baş nazir “tarixi, mifik yox, real Ermənistan” deyir, “dövlət kilsədən ayrılmalıdır”, söyləyir. Qalır təkcə soyqırım əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın.
Hakim partiyadan deputat Arsen Torosyan, “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik”, söyləyir. İqtidaryönlü “Baqramyan-26” teleqram kanalı yazır: “düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki Katalikos sülhü yox, müharibəni təmsil edir.
Bir kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.
Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək. İsa Məsih məhz belələrinə üz tutub deyirdi:”Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər”.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər