EKSPERTLƏR DANIŞIR: “Belə getsə, payızda ətin kilosu 25 manata çatacaq”.
12-06-2024 [09:29]
Azərbaycanda quzu əti bahalaşmaqda davam edir. Ət satıcıları deyir ki, son günlər bir heyvanın qiymətində ortalama 20-25 manat bahalaşma var. Hazırda bir kiloqram quzu əti 19-20 manata satılır.
Maraqlıdır ki, Azərbaycanda bir sıra tərəvəz məhsullarının qiyməti beş-altı il ərzində nisbətən eyni qalıb. Amma iqtisadçıların hesablamalarına görə, ətin qiyməti bu illər ərzində təqribən 60 faiz bahalaşıb.
Bəzi ekspertlər son bahalaşmanı beş gün sonra – iyunun 16-da qeyd ediləcək Qurban bayramı ilə əlaqələndirirlər. Amma bir sıra müşahidəçilər də vurğulayırlar ki, ətin qiymətində bahalaşma daha əvvəl başlayıb və prosesin bayramdan sonra da davam edəcəyi gözlənir. Bunu da bir neçə amil ilə bağlayırlar.
Qoyun-keçinin sayı da azalıb, idxalı da…
Rəsmi statistikaya görə, son illər Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayı getdikcə azalır.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu il aprelin 1-i ölkədə 7 milyon 206 min baş qoyun və keçi olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 154 min baş və ya 2.1 faiz azdır.
Eyni zamanda, Azərbaycana xaricdən diri qoyun idxalı azalıb. DSK-nın məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 61.4 min ABŞ dolları dəyərində 650 ədəd diri qoyun idxal edilib. Bu da 2023-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 178.5 dollar, miqdar baxımından isə 13 min 534 ədəd azdır.
Bir qoyunun orta idxal qiyməti 2024-cü ilin dörd ayına görə 94 dollar (161 manat) olub. Bu isə illik müqayisədə 7 dollar (12 manat) və ya 8 faiz bahalaşma deməkdir.
“Ortalama 20-30 manat artıb”
Bakıda ət satışı ilə məşğul olan sahibkarlardan biri AzadlıqRadiosuna deyir ki, rayonlarda diri heyvanların qiyməti qalxıb: “Mən heyvanı Biləsuvardan gətizdirirəm. Orada çəkisindən asılı olaraq quzu və qoyunun qiyməti ortalama 20-30 manat artıb. Ona görə burada da biz məcbur ətin qiymətini 19-20 manata qaldırdıq”.
Onun sözlərinə görə, qiymət artımı payızda da olacaq: “Belə getsə, payızda ətin kilosu 25 manata çatacaq”.
Deputat: “Ən çox ət yeyən ölkələrdən biri Azərbaycandır”
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Turan”a bildirib ki, Azərbaycanda həm quzu, həm mal ətinə tələbat çoxdur: “Əgər dünya standartlarını götürsək, ən çox ət yeyən ölkələrdən biri Azərbaycandır”.
Deputatın sözlərinə görə, digər tərəfdən, işbazlar problem yaradır: “Rayonlarda ət ucuz olduğu halda, şəhərdə qiymətlər bahadır. Gedirlər rayonlardan alıb-gətirirlər və üstünə xeyli qiymət qoyurlar. Digər problem odur ki, bazara hər sahibkar çıxa bilmir. Hərdən görürsən ki, kənddən ət gətirir, istəyir bir köşk açsın, aça bilmir. Müəyyən maneələr var, ya da iş adamları bunun qarşısını alır”.
“Hər gün 15-100 ton ət zay olub gedir”
Komitə sədri heyvan yeminin ildən-ilə bahalaşdığını vurğulayır: “Yemin bahalaşması ətin qiymətinə təsir edir. Otlaq, örüş sahələrinin azalması, onların əkinə verilməsi müəyyən çətinliklər yaradır. Digər tərəfdən, müəyyən kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, hərdən görürsən, onlardan qeyri-profil məqsədi ilə istifadə olunur”.
T.Rzayev ətin bahalaşmasını həm də israfçılıqla əlaqələndirir: “Görün, bizim nə qədər restoran, şadlıq evlərimiz var, orada nə qədər ət məhsulu zay olub gedir, yeyilmir. Hesablamalar göstərir ki, ictimai-iaşə obyektlərində hər gün 15-100 ton arası ət zay olub gedir. Bütün bunlar qiymətə də təsir edir. Qənaət olacaqsa, əlbəttə ki, ucuzlaşma gedəcək”.
“Gürcüstanda xəstəlik yayıldığı üçün…”
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, son dörd ildə xırdabuynuzlu heyvanların sayı 1 milyon 180 min baş azalıb.
“Ölkəyə heyvanlar daha çox Gürcüstandan idxal edilirdi və bunun hesabına qiymətləri saxlamaq mümkün olmuşdu. Bu il isə Gürcüstanda xırdabuynuzlu heyvanlar arasında xəstəlik yayıldığı üçün oradan son iki-üç aydır idxal yoxdur”, – o, “Azadlıq” radiosuna bildirib.
Onun sözlərinə görə, ölkədə heyvanların sayının azalmasının bir neçə səbəbi var: “Yemçilik bərbad haldadır. Biz tələbatdan iki dəfə az ot, 10 dəfə az qüvvəli yemlər istehsal edirik. Eyni zamanda, örüş sahələrində məhsuldarlıq iki dəfədən çox düşüb. Örüş əraziləri suvarılmır, orada yemləmə aparılmır, növbəli otarılma təşkil edilmir. Digər tərəfdən, örüş sahələrinin 30-40 faizini oliqarx-məmurlar zəbt edib”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi