Dövlət Taxıl Fondu üçün yerli buğda istehsalçılarından buğda qəbuluna başlanıb

img

02-07-2014 [12:16]



Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin iyul ayının 2-dən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buğda Nazirliyin "Səngəçal” və "Gəncə” Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl” MMC, "Karat-Holdinq” MMC, "Karmen” MMC, "FATOĞLU” MMC, N. Quliyev adına "Bakı-Taxıl” ASC, "Araz ASC” və "Aveta” MMC müəssisələri vasitəsilə qiyməti bir ton üçün 240 AZN olmaqla qəbul edilir.

Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verməlidir:


I. Dənin naturası (bir lititlik purkalarda qramla):

buğda üçün -750 q/l-dən az olmamaqla



II. Alaq otları (zibil)qarışığı (faizlə)

buğda üçün -2 faizdən çox olmamaqla



III. Dən qarışığı (faizlə):

buğda üçün - 5 faizdən çox olmamaqla



IV. Nəmlik (faizlə): -13,0 faizdən çox olmamaqla



V. Yapışqanlıq 3-cü sinif buğda üçün : - 23 faizdən az olmamaqla

yapışqanlığın keyfiyyəti -2-ci qrupdan aşağı olmamaqla



VI. Şüşəvarilik

-3-cü sinif buğda üçün -40-45% hüdudlarında





VII. İyi və dad-bütün bitkilər üfunət, səməni, - yol verilmir

acıyovşan və ya dənli bitkilərə xas olmayan və

onların emalı məhsullarına keçən (kerosin, benzin,

sarımsaq və buna oxşar maddələr) digər iy və dad





VIII. Sürmə ilə sirayətlənmiş dənlər -yol verilmir



IX. Anbar ziyanvericiləri - yol verilmir

ilə sirayətlənmə bütün bitkilər üçün



X. Digər əlamətlər–bütün bitkilər üçün -yol verilmir

karantin və iqtisadi cəhətdən

təhlükəli xəstəlik, zərərverici və alaq

otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)

Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.



Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:

"Səngəçal” Taxıl elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı şossesi:
Tel: 050-218-30-06; 055-560-06-12.

"Gəncə” Taxıl elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri-20, Tel: 055-220-62-26.

"Abşeron Taxıl MMC”: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi,
Tel: 050-204-24-78; 050-545-12-18.

"Karat-Holdinq” MMC: Xirdalan şəhəri, Samaxı şossesi-23, Tel.: 012-342-09-50, 050-223-18-97

"Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 012-342-59-12.

"FATOĞLU” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 022-56-94-44;

050-222-08-20

N.Quliyev adına "Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə.

Tel. 012-566-21-72

"Araz ASC”: Zığ şossesi 27, Tel. 050-502-29-08; 012-379-10-29; 012-373-04-89.

faks: 012-373-90-00

"Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel.: 0145-6-60-08, 050-200-11-97, Faks: 0145-6-60-03



Dövlət Taxıl Fondunun əlaqə telefonu və elektron poçtu:

tel: 055 560 06 12

e-mail: dtf-5793abil@yandex.ru

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA