Azərbaycanın ən böyük bankında sistem çökdü

img

02-07-2014 [12:00]



Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. Bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumatlar verilir.

Fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq",- deyə bürodan bildirilib.

Məlumata görə, işçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA