01-07-2014 [17:02]
Ölkəmiz gələn il daha bir dünya miqyaslı beynəlxalq tədbirə imza atacağı ərəfədə hazırlıqlar artıq tam gücü ilə davam etməkdədir.
Azercell Telekom 2015 Avropa Oyunlarının keçiriləcəyi stadionlar və digər əlaqədar ərazilərdə bütün müştəriləri üçün mobil rabitə sistemini təmin edəcəyini böyük qürurla bəyan edir. Uzun illər ərzində ölkənin bütün ərazilərini yüksək keyfiyyətli xidmət və kəsintisiz rabitə ilə təmin edən Azercell bu cür irimiqyaslı tədbirin Telekom təminatçısı seçildi. Məhz Azercell oyunların baş tutacağı Olimpiya Stadionu və Milli Gimnastika Arenasının binalarında daxili multioperator sistemi ilə təmin edəcək. Artıq Milli Gimnastika Arenasında şirkət tərəfindən binadaxili multioperator sistemi quraşdırılıb.
Olimpiya Stadionunun da tikintisi başa çatan kimi bu istiqamətdə analoji işlər aparılacaq. Stadionda qurulacaq unikal sistem 80 min abunəçiyə xidmət göstərmək gücündədir. Qeyd edək ki, binadaxili multioperator sistemi ona bir və ya bir neçə operatorun eyni zamanda öz radio baza stansiyasını qoşmağa imkan verir. Qeyd olunan məkanlarda bu sistem Azercell Telekom tərəfindən təmin edildiyinə görə, qeyd olunan məkanlarda digər mobil operatorlar yalnız Azercell-in quraşdırdığı sistem üzərindən çalışacaq.
Qeyd edək ki, multioperator sistemi Azərbaycanda ilk olaraq Azercell tərəfindən təqdim olunur.
Ümumiyyətlə, belə sistem Azercell-in də daxil olduğu TeliaSonera məkanında da ilk olaraq Azərbaycan operatoru tərəfindən qurulur. Bu möhtəşəm idman yarışması dövründə Azercell, həmçinin, Olimpiya yolu və olimpiya kəndlərində 20-ə yaxın yeni Radio Baza Stansiyalarını yerləşdirməyi planlaşdırır. Bu da idmançılara yaşayış və məşq etdikləri zonalarda güclü şəbəkədən yararlanmaq imkanını verəcək.
Bunlarla yanaşı, oyun iştirakçılarının istifadə etdikləri nəqliyyat vasitələri də güclü şəbəkə ilə təmin olunacaq. Bu məqsədlə Azercell tərəfindən mobil Radio Baza Stansiyalarının quraşdırılması da planlaşdırılır. Bunlardan əlavə, olimpiya oyunları ərəfəsində paytaxt Bakı və regionlar güclü 3G və 4G şəbəkəsi ilə təmin ediləcək.
Qeyd edək ki, 2015 Dünyada qitələr arasında ilk Avropa Oyunları məhz Azərbaycanda keçiriləcək. Yarışmaya Avropa Olimpiya Hərəkatının 49 üzv ölkəsindən 5400-dən çox nümayəndə qatılacaq. Onlar yüngül atletikadan tutmuş güləş, taekvondo, boks, voleybol, basketbol, çimərlik futbolu, cüdo və s. daxil olmaqla 19 idman növü üzrə yarışacaqlar.
Hər zaman olduğu kimi, qarşıdan gələn 2015 Avropa Oyunları ərzində də Azercell ölkə əhalisi və xarici qonaqları kəsintisiz şəbəkə və ən yüksək səviyyəli rabitə xidmətləri ilə təmin edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi