52 əlilə peşə şəhadətnaməsi verilib - Nazirlik

img

01-07-2014 [12:16]


Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində (Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev küç.14) müxtəlif peşələr üzrə hazırlıq kurslarını bitirən və imtahandan uğurla keçən 52 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.

 Nazirlikdən Mia.az-a verilən məlumata görə, 10 nəfər belə şəxsə yalnız özünüməşğulluq imkanlarına  yiyələnə bildikləri üçün peşə kurslarını bitirmə barədə müvafiq arayışlar verilib. Sağlamlıq imkanları məhdud gənclərin qeyd olunan mərkəzdə yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün onların yaşadıqları rayon (şəhər) Məşğulluq Mərkəzi ilə birgə tədbirlər görülür.

Hazırda mərkəzdə ölkənin müxtəlif bölgələrindən gəlmiş 90 nəfərə yaxın əlilliyi olan şəxs 10 peşə (kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s.) üzrə təlim keçir. Onlar təlim müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA