Xocasəndə fərdi ev yerlə-yeksan edilib (VİDEO)

img

01-07-2014 [00:44]


Binəqədi rayonu, Xocasən qəsəbəsində bir ailə yenicə tikdirdikləri evlərinin sökülməsi aqibətini yaşayıb. 

ANS TV-nin məlumatına görə, sökülən evin sahibi deyir ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsində ona məxsus ev ərazi icra nümayəndəsi tərəfindən sökdürülüb. O, evin yerləşdiyi 6 sot torpaq sahəsini 2004-cü ildə bələdiyyə sənədləri əsasında başqa bir vətəndaşdan alqı-satqı yolu ilə alıb. 

Vaqif İsmayılov deyir ki, 8 ildir bu evi tikdirib və bütün sənədləri qaydasındadır. Amma orada yaşayan olmayıb. Günlərin bir günü evinə dönən sahib onun yerlə-yeksan olunduğunu görüb.

Problemlə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, həmin ev icra nümayəndəliyi tərəfindən sökülməyib və ümumiyyətlə, şikayətçinin adını hallandırdığı Mirpaşa adlı şəxs də həmin qurumda işləmir. Ev neft şirkətinə məxsus ərazidə tikildiyindən elə sözügedən qurum tərəfindən də sökülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA