"O rüsvayçı dönəm artıq arxada qalıb və indi biz..." - Elxan Şükürlü yazır
17-05-2024 [12:00]
Elxan ŞÜKÜRLÜ,
Ədalət Partiyasının sədr müavini
***
2019-cu ildə yaradıldığı vaxtdan indiyədək ölkədə milli və siyasi birliyin yaradılması istiqamətində sistemli fəaliyyətə başlayan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb: dünən – mayın 16-da dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyalarla bir neçə dövlət qurumunun - Ədliyyə və Maliyyə nazirliklərinin, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının təmsilçilərinin birgə görüşünü təşkil edərək, gözəl və sərbəst müzakirə mühiti yaradıb.
Tədbir 16 dekabr 2022-ci ildə qəbul edilən yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan problemlərin müzakirəsi üçün təşkil edilsə də, demək olar, çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər...
Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayır, onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox və hansı problemlərə hansı baxış olmalıdır...
Şükür ki, siyasi partiyaların yolunu, taktikasını, siyasi mövqe və baışarını başqa ölkələrin səfirliklərinin müəyyənləşdiridiyi o rüsvayçı dönəm artıq arxada qalıb və indi biz özümüz öz dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə, tutaşmadan, dalaşmadan, yüksək siyasi mədəniyyət çərçivəsində, deyə-gülə müzakirə edirik...
...Dünən mənim diqqətimi xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkdi.
Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək, hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib və onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmiləriylə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar...
Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar, arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik!
Ən azı, 2020-ci ilin 44 günlük Vətən Savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər