Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
07-05-2024 [18:47]
Azərbaycanın lider telekommunikasiya şirkəti “Azercell” 2023-cü il üzrə ESG (ekologiya, sosial və idarəetmə) hesabatını təqdim edir.
“Azercell” media nümayəndələri və aidiyyatı tərəfdaşlar üçün təşkil etdiyi “Davamlı bağlantı üçün dayanıqlı inkişaf: “Azercell”in illik ESG hesabatının təqdimatı” adlı tədbirində Dayanıqlılıq hesabatını ictimaiyyətə açıqladı.
Hesabat Qlobal Hesabat Təşəbbüsü (GRİ) standartlarına uyğun olaraq hazırlanıb və “Azercell”in ekoloji, sosial və idarəetmə meyarları üzrə 2023-cü il fəaliyyətini əks etdirir.
Şirkətin Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva bildirdi ki, hesabat Azercell-in ətraf mühit, sosial və idarəetmə sahələrində fəaliyyətini əks etdirməklə bərabər operatoru tərəfdaşlara yeni perspektivdən tanıdır. Hesabat “Azercell”in dövlət, cəmiyyət və ətraf mühit qarşısında daşıdığı məsuliyyəti bir daha vurğulayaraq sağlam və təhlükəsiz gələcək naminə üzərinə götürdüyü öhdəliklərin icrasını nümayiş edir. Ş. Əliyeva qeyd etdi ki, Dayanıqlılıq strategiyası BMT-in Davamlı İnkişaf Məqsədləri ilə uzlaşır.
Hesabatın ekoloji komponentində günəş enerjisi ilə işləyən baza stansiyaları, tullantı, su və yanacaqdan istifadənin azaldılması səyləri, batareyaların təkrar emalı və səmərəli enerji istehlakı vasitəsilə “karbon ayaq izi”ni azaltmaq səyləri öz əksini tapıb. Şirkət son illər ətraf mühitin qorunmasına dəstək məqsədilə Qarabağda iki, Qobustan və Tovuzun hər birində isə bir ədəd olmaqla günəş enerjisi ilə işləyən stansiya qurub.
Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin səmərəliliyini artırmaq üçün “Azercell”in əldə etdiyi ISO 14001:2015 standartı şirkətin ESG öhdəliyinin daha bir bariz nümunəsi kimi hesabatda öz yerini alıb.
Şirkətin təhsil, idman, səhiyyə, qadın və uşaqların hüquqlarının qorunması, eləcə də ümumiyyətlə rəqəmsal inklüzivlik sahəsində dəstəklədiyi layihələr hesabatın sosial bölümündə öz əksini tapıb. Hesabata həmçinin Azercell-in qadınların güclənməsi və onların İKT sahəsində rolunun artırılmasına yönlənmiş xüsusi proqramları da daxil edilib.
Hesabatda lider mobil operatorun əməkdaşlarının bilik, bacarıq və rifahının yüksəldilməsi məqsədilə həyata keçirdiyi tədbirlər də əksini tapıb. Onu da qeyd edək ki, bu tədbirlər sayəsində Azercell ölkədə və MDB məkanında beynəlxalq “Investors in People” - İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir.
Hesabatda da qeyd olunduğu kimi, “Azercell”in korporativ idarəetməsi qarşılıqlı etimadın artırılması prinsipinə əsaslanır. Belə ki, lider mobil operator təşkilat daxilində şəffaf qərarvermə və effektiv hesabatlılığı təşviq edən idarəetmə modelini tətbiq edir.
“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova hesabatı şərh edərkən bunları vurğuladı: “Davamlı olaraq inkişaf edən dünyada dayanıqlılıq artıq seçim deyil, bir zərurətdir. Dayanıqlı biznes ilk növbədə abunəçilərimiz üçün fasiləsiz və rahat bağlantı, eləcə də ölkədəki bir sıra strateji proses və funksiyaların davamlı işləməsi deməkdir. Buna görə də dayanıqlılıq sadəcə dəbli anlayış yox, əsl strateji seçimdir.”
Hesabat haqqında ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/assets/files/sustainability/aze-acell_sustainability_report_2023_aze_compressed.pdf
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi