28-06-2014 [16:10]
Bakı şəhərində fəaliyyət göstərən "Best Beef” adlı kolbasa və sosislərin istehsalı ilə məşğul olan firma ilə bağlı maraqlı məlumat daxil olub. Bir müddət sözügedən firmada işləyən, lakin adının çəkilməsini istəməyən şəxs saytımızın elektron ünvanına yazdığı məktubda bu firmanın tamamilə qanunazidd fəaliyyətlə məşğul olduğunu bildirir. Bizə verilən məlumatda deyilir ki, Malik və Ehtiram adlı qardaşlara məxsus olan bu firmanın işi «halal» qadağası çıxandan sonra əngələ düşüb.
Azinform.az bu istiqamətdə apardığı araşdırma zamanı müəyyən edib ki, hazırda AZS 731-2012 standartları əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində «halal» sözündən istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görülür. Məhz bu qadağadan sonra «Best Beef» vəziyyətdən çıxış yolu axtarmağa başlayıb.
Hazırda «Halal qida. Ümumi tələblər» dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisələrin məhsullarının üzərində «halal» sözündən istifadə etmək hüququ üçün Komitə tərəfindən əmtəə nişanı təsdiq edilib: «Üzərində «AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal» yazılmış nişanı yalnız sertifikat almış təsərrüfat subyektləri öz məhsullarında istifadə edə bilirlər.
Hazırda «halal» sertifikatını alan müəsissələrə - «Hakan Foods» FF Co. LTD müəssisəsi «Kral» və «Yeni dad» nişanlı məhsullar, «Səhliyalı» kiçik müəssisəsi «Min bərəkət, halal nemət» nişanlı məhsullar, «M T» LTD firması «Hacı Turqay» nişanlı məhsullar və «Zəhmət Ruzi» MMC «SAB» nişanlı məhsullar istehsal etmək hüququ verilib.
Ancaq maraqlıdır ki, bu sıraya «Best Beef» də qoşulmaqda iddialıdır. Çünki mənbəmizin dediyinə görə, bu firma «halal»a haram qataraq külli miqdarda vəsait əldə etməyi bacardığı səbəbindən dadı onların damağında qalıb. Bir qədər keçmişə ekskurs edək. Apardığımız araşdırmadan məlum olub ki, bir müddət əvvəl , Bakıda "Best Beef” kolbasalarını saxtalaşdıran və "Halal” sosislərin tərkibinə donuz piyi vuran istehsalçı aşkarlanmışdı. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumatda bildirilirdi ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilmişdir. Belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə "Ocaq” və "İveriya” adlı "Halal” sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilmişdir. Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus "Best Beef” əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilmişdir.
Bu rəsmi qurumun gəldiyi nəticədir. Çox maraqlıdır ki, bu cür qanunsuzluqlardan sonra da «"Best Beef”-in fəaliyyətinə qadağa qoyulmadı. Əslən Lənkərandan olan bu qardaşlar tam əminliklə bu yaxınlarda «halal» sertifikatını alacaqlarını da ətraflarında olan adamlara bildirirlər. Çünki bu işin Qafqaz Müsəlmanları İdarəsinə həvalə edilməsi vaxtilə «halal»a donuz piyi qatan qardaşlarının işinə yarayıb. Allahşükür Paşazadənin rəhbərlik etdiyi quruma «padxod» etməkdə isə deyəsən, lənkəranlı olmaq kartı onların yaman işinə fərəc verib. Təsadüfi deyil ki, hazırda «halal» adlanan sexin işlək vəziyyətə gətirilməsi istiqamətində «Best Beef» də gərgin iş gedir.
Bizə verilən məlumatda daha sonra bildirilir ki, istehsal olunan məhsulları mağazalara paylayan «ekspeditorlar»la qurulan iş də qanunvericiliyə uyğun deyil. Onların əksəriyyətilə əmək müqaviləsi belə bağlanmır. Bir müddət işlədikdən sonra məlum olur ki, «ekspeditor» özü üçün deyil lənkəranlı qardaşlar üçün çalışıb. Narazılıq edənləri dərhal işdən qovurlar. Bu prosedur firmaya sərf edir. Yeni işçilər fırıldaqları bilənə kimi onlar faktiki olaraq «Best Beef» üçün pulsuz işləyir. Şikayətdə sözügedən firmada olan başqa qanunsuzluqlardan da geniş söhbət açılır. Araşdırmamız davam edir. Əlaqədar qurumları bu məsələni nəzarətdə saxlamağa çağırırıq. Qarşı tərəf kimi «Best Beef»-in də münasibətini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi