Təhsil prosesində tərbiyə məsələləri kölgədə qalmamalıdır - Vahid Tağıyev yazır
02-05-2024 [20:17]
VAHİD TAĞIYEV
***
Yəqin ki, gündəlik həyatda ən çox müzakirə mövzusu olan, narazılıqla ifadə edilən məsələlərdən biri də insanların davranışına, qarşılıqlı münasibətinə, tərbiyəsinə aiddir. Bu iradlar uşaqlıqdan tutmuş müxtəlif yaş mərhələlərini əhatə edir.
Müxtəlif sahələrdə olan çatışmazlıq, problemlər zamanla düzəlir, aradan qalxa bilir. Ancaq insanların həyata baxışı, düşüncə tərzi, davranışı, ünsiyyəti, ümumiləşdirilmiş şəkildə ifadə etsək, mədəni səviyyəsi, tərbiyəsi əsasən müəyyən yaş dövrlərində formalaşır və bu həyatı boyu onunla birgə olur; ətrafdakı aləmlə əlaqəsi isə münasibətində daim özünü göstərir.
Bu baxımdan xeyli vaxtdır məni narahat edən bir məsələyə münasibət bildirmək istəyirəm. Narahatlıq doğuran odur ki, bəzi sahələrdə olduğu kimi təlim- tərbiyənin formalaşmasında əvəzsiz rol oynayan təhsil sistemi, xüsusilə ümumtəhsil məktəblərində də tərbiyə məsələləri müntəzəm aparılmır, çox vaxt kölgədə qalır, unudulur. Yaxud sonda yada düşən, sadəcə olaraq xatırladılan bir məsələyə çevrilir. Əsasən də ciddi bir neqativ hallarla qarşılaşanda müvəqqəti müzakirə, az müddətli aktivlikdən uzağa getmir. Əlbəttə, istisna olaraq bəzi təhsil müəssisələrində bu məsələnin yaxşı təşkil edildiyini danmaq olmaz.
Təhsil sistemində bir məktəbin, rəhbərin, təhsilalanların, yaxud müəllimin fəaliyyətinə qiymət vermək üçün konkret, ölçülə bilən məsələlər əsas götürülür.
Belə ki, buraxılış imtahanı, ali məktəbə qəbul, olimpiada, müsabiqə və sairə əsasında birbaşa biliyə aid məsələlər qiymətləndirilir.
İnsanın təhsilə dəyəri, iş həyatı, cəmiyyətdəki davranışının və münasibətlərinin əsasını təşkil edən tərbiyəsi onun mənəvi kimliyini müəyyən edir. Ailədə, sonrakı dövrdə isə ümumi təhsil sistemində formalaşan tərbiyə məsələsi biliyin qiymətləndirildiyi, daim izlənildiyi kimi nəzərə alınmır.
Buna hər hansı formada bəraət qazandırmaq doğru deyildir.
Aydındır ki, tərbiyəni ölçmək, dəyərləndirmək üçün konkret mexanizm yoxdur. Başqa sözlə, biliyi ölçmək üçün konkret meyarlar olduğu halda tərbiyəni ölçmək üçün meyarlar və onları ifadə edən ölçü vahidi yoxdur. Bəzən inzibatçılığa, tələbkarlığa, hesabatlılığa, yaxud biliyin ölçülməsi sahəsində nəticəyə görə insanlar tənqid oluna, cəzalana, yaxud da mükfatlandırıla, fəxri adlar ala, vəzifə pillələrində irəlilələyə bilir və s. Tərbiyənin obyektiv, hamı tərəfindən anlaşıla bilən qimətləndirmə forması olmadığı üçün sanki bu barədə düşünən də azdır.
Belə bir şəraitdə hamı gileylənir ki, indiki uşaqlar çətinləşib, insanlıq əldən gedir, aşınır, indi əsil insan tapmaq çox çətindir və s. Halbuki təhsil prosesində öyrədici, tərbiyəedici və inkişafetdirici funksiyaların yerinə yetirməsi təhsil qanunvericiliyində kifayət qədər aydın əks olunmuş tələbdir.
Təlim, tərbiyə və tədrisin forma və metodlarını özündə ehtiva edən pedaqogika elminin təhsildən ayrı düşməsi çox aydın şəkildə görünür.
Şagirdlərin biliklər əldə etdiyi təlim prosesi eyni zamanda tərbiyə funksiyasını da həyata keçirməlidir. Bunlar bir- birindən ayrılmaz məsələdir. Habelə, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, onun dayanıqlı, keyfiyyətli olmasına əsas yaradır. Pedaqoji proses təlim və tərbiyəni vəhdətdə götürməklə onun həyata keçirilmə mexanizmini də özündə əks etdirir.
Təlim- tərbiyə prosesində pedaqogika və psixologiyanı kənara qoyub ancaq yaddaşa söykənən, təzyiqlə biliklər əldə edilməsi insan amilinin hərtərəfli dəyərlərə malik şəxsiyyət kimi formalaşmasına mane olan ciddi amillərdir. Bu məsələlər bir vəhdət halında götürülərək tətbiq olunmalıdır.
Tədris prosesində hər bir fənnin, mövzunun məzmununa uyğun yaranmış imkandan maksimum istifadə edərək tərbiyə məsələlərinə həssaslıqla, inandırıcı formada, peşəkarcasına yanaşılmalıdır. Eyni zamanda sinifdənxaric tədbirlərdə çoxşaxəli tərbiyə məsələsi hər bir tədbirin məzmununa çökməli, oradan isə uşaqların qəbinə, ruhuna axmalıdır. Unudulmamalıdır ki, tərbiyədə ən güclü təsir vasitəsi canlı nümunə olmaqdır.
Cəmiyyətin həmişə təhsildən, müəllimdən gözləntiləri olub və hər vaxt da olması təbiidir. Şahidi olmuşuq ki, əvvəlki vaxtlarda valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmağa vaxtı olmaması, yaxud bunu bacarmaması səbəbindən uşaqlarında bir nöqsan, çatışmazlıq görəndə, deyirdilər müəllimin kimdir... Müəllimi günahlandırırdılar. Bu tendensiya müxtəlif formada indi də davam edir. Həmçinin bunları valideynlərin, cəmiyyətin müəllimə ehtiyacı, gözləntiləri kimi də dəyərləndirmək olar.
Hər vaxt unutmamalıyıq ki, cəmiyyətin sağlam mənəvi dəyərlər üzərində inkişafı üçün tərbiyə məsələsi ilkin şərtdir. Bu sahədə olan boşluğu, dərinləşən qüsurları aradan qaldırmaq üçün illər, bəzən bir nəslin ömrü qədər vaxt, zəhmət tələb oluna bilər.
Tərbiyə məsələsində ailə institutunun əvəzsiz rolu, valideyn məsuliyyəti və cavbdehliyi məsələsində müşahidə olunan bir sıra boşluqların tənzimlənməsi üçün sistemli, məqsədəuyğun tədbirlər görülməsinin vaxtı çoxdan çatmışdır.
Bu gün Azərbaycanın bütün sahədə qazandığı böyük uğurlar, həm də milli- mənəvi dəyərlərə söykənir. Bu dəyərləri qloballaşma, süni intellekt və azad informasiya bolluğu şəraitində qoruyub saxlayaraq inkişaf etdirmək həyati məsələdir.
(Ardı var)
Mia.az
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər