Səhiyyədə daha bir şübhəli tender: niyə ən yuxarı qiyməti təklif edən şirkət qalib elan edilib? (SƏNƏDLƏR)
30-04-2024 [15:40]
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsində qanun pozuntusunun olduğu bildirilir.
Yeniavaz.com-a daxil olan məlumatda göstərilir ki, Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən yumşaq inventarların satınalınması zamanı tender müsabiqəsinin şərtləri pozulub.
Məlumat üçün bildirək ki, tender təklifində yalnız qiymət əsas götürülüb. Tender müsabiqəsində iştirak edən şirkətlərin qiymət təklifi üçün 100 bal nəzərdə tutulub.
Bildirilir ki, tender müsabiqəsində 5 şirkət iştirak edib və ən yüksək qiymət təklifini verən şirkət - “Vest Supply” MMC qalib olub.(Tender müsabiqəsində iştirak edən şirkətlər və onların təqdim etdiyi qiymət təklifi aşağıda təqdim olunub)
Onu da qeyd edək ki, ən yüksək qiymət təklifi verməsinə baxmayaraq tender müsabiqəsinin qalibi seçilən “Vest Supply” MMC barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.
Maraqlıdır ki, barəsində açıq mənbələrdə heç bir məlumat olmayan şirkət dövlət qeydiyyatına alındıqdan təxminən 2 ay sonra Qazax rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, şirkət qeydiyyata alınan zaman adı “Azmed Tekstil” MMC olub. 2022-ci ildə şirkətin adı “Vest Suplly” MMC-yə çevrilib. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-qeydiyata alınan zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub.
Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər. Hazırda isə “Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.
Şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, “Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur.
2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra “Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb. Əvvəlki iş təcrübəsi barədə də heç bir məlumat yoxdur. Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
Aşağıdakı cədvəldə “Vest Supply” MMC-nin (2022-ci ilə kimi “Azmed Tekstil” MMC) qalib olduğu tender müsabiqələri yer alıb:
Ən yüksək qiymət təklifi verən şirkət qalib seçilib
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin olması lazımdır.
Dövlət qeydiyyatına alındıqdan 2 ay sonra tender müsabqiəsində qalib olan şirkətin peşəkarlığının və təcrübəsinin olacağı ciddi şübhələr yaradır. Üstəlik nəzərə almaq lazımdır ki, son 3 ildə 30 tender müsabiqəsində qalib olan şirkət barədə açıq mənbələrdə heç bir məlumat mövcud deyil.
Qeyd olunan məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənmək cəhdimiz nəticəsiz qaldı. 10 gün əvvəl qurumun mətbuat xidmətinə ünvanladığımız sorğuya bugünə kimi heç bir cavab verilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi