Sabiq prezidentdən şok iddia: "Qərb Zelenskini aradan götürmək istəyir"

img

19-04-2024 [13:54]


Rusiyanın sabiq prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev daah bir sensasion iddia irəli sürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, sosial media hesabında ötəngün Polşada tutulan csausla bağlı paylaşımedib.

Sabiq prezident bildirib ki, hava limanında keçirilən "casus əməliyyat"ı, əslində, Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini “yox etməyə qərar verməsi"ndən qaynaqlanır: "Zelenskinin son panikləri anlaşılandır. Çünki Polşadan Zelenskiyə sui-qəsd ehtimalı var. Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”.

Xatırladaq ki, dünən Polşa Prokurorluğu Ukrayna sərhədindən təxminən 90 kilometr aralıda yerləşən Rzeszow-Jasionka hava limanı ilə bağlı təfərrüatlı məlumatı sızdırmağa cəhd edən bir şəxsin tutulduğunu açıqlayıb. Qeyd edilib ki, Rusiyaya informasiya sızdırmağa çalışan həmin şəxsin  əlaqələri araşdırılır.

Prokurorluq, həmçinin Rusiyaya ötürülən məlumatların Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcəyini istisna etməyib.

Onu da xatırladaq ki, Ukraynaya hərbi və humanitar yardım ABŞ hərbçilərinin nəzarətində olan Rzeşov-Yasionka hava limanından həyata keçirilir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR