Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama

img

19-04-2024 [09:00]


Almaniyada 2 nəfər Rusiyaya casusluq ittihamı ilə həbs edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Federal Prokurorluq açıqlama yayıb.

Açıqlamaya görə, Diter S. və Aleksandr J. Ukraynanın əleyhinə, Rusiyanın xeyrinə casusluq ediblər: "Hər iki şəxs barədə həbs qətimkan tədbiri seçilib, evlərində və iş yerlərində axtarış aparılıb. Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif məsələlərdə ittiham olunurlar".

Almaniya kansleri Şolz bu həbsə münasibət bildirib: "Almaniyada bu cür casusluq fəaliyyətinin olmasını heç vaxt qəbul edə bilmərik".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR