26-06-2014 [20:34]
Gürcüstan Respublikası iyun ayının 27-də Brüsseldə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını, eləcə də azad ticarət haqqında müqaviləni imzalamağa hazırlaşır. Gürcüstan cəmiyyətinin böyük hissəsi bu günü ölkənin Avropa ailəsinə qayıdışının başlanğacı kimi dəyərləndirir və tarixi gün adlandırır.
Gürcüstan əhalisi arasında keçirilmiş son rəy sorğuları böyük əksəriyyətin Avropa Birliyinə və NATO-ya inteqrasiya tərəfdarı olduğunu bir daha təsdiqləyib. Hələ bir neçə həftə əvvəl Rusiyayönümlü qüvvələrin Gürcüstanın Avrasiya İqtisadi İttifaqına qoşulması üçün təşkil etdiyi dəstək aksiyasına cəmi 50-yə ya-xın adamın toplanması da bu Cənubi Qafqaz respubliksında qüvvələr nisbətinin hansı birlikdən yana olduğunu ortaya qoymuşdu.
Ekspertlər hesab edirlər ki, Gürcüstanda Avrasiya İqtisadi İttifaqı tərəfdarlarının mövqeyinin zəifləməsinə səbəb Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın bəzi vilayətlərində separatizmi qızışdırmasıdır. Separatizmdən əziyyət çəkən Gürcüstanda indi çoxları anlayır ki, Rusiyanın 2008-ci ilin avqustunda hərbi müdaxiləsi o zaman prezident olan Mixail Saakaşvilinin anti-Rusiya əhval-ruhiyyəsinə verilən cavab deyil.
Rusiyanın Ukraynaya müdaxiləsi Gürcüstan cəmiyyətində Saakaşviliyə tamamilə bəraət qazandırdı və buna görə də bu gün ölkə əhalisinin böyük əksəriyyəti hesab edir ki, ölkənin müstəqilliyinin yeganə zəmanəti Avropa Birliyinə və NATO-ya qoşulmaqdır. Gürcüstanın siyasi liderləri bunu açıq şəkildə bəyan edir və bildirirlər ki, onlar Avroatlantik məkana inteqrasiya yolundan dönməyəcəklər.
Avroatlantik məkana inteqrasiya məsələsində son zamanlara kimi Saakaşvili iqtidarından daha ehtiyatlı mövqe tutan Gürcüstanın yeni hökumətinin öz mövqeyini sərtləşdirməsinin əsas səbəbi də Rusiyanın Ukraynaya yönəlik siyasətdir. Hakimiyyətdə olan "Gürcü arzusu" kolasiyasının mövqeyindəki bu dəyi-şikliyi Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinin Gürcüstanın siyasi dairələrini qorxutması ilə izah edilir. Rəsmi Tiflis bunu gizlətmək də istəmir.
Belə ki, Gürcüstan parlamentinin sədri David Usupaşvili Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo ilə görüşündə bəyan edib ki, onun ölkəsi məhz Rusiya təhlükəsinə görə NATO-ya qoşulmağa can atır. Əgər Rusiya Gürcüstanın NATO-ya qoşulmasını istəmirsə, ona təhlükə törətməməlidir.
Dünyada ən gənc hökumət rəhbəri olan İrakli Qaribaşvili də başçılıq etdiyi hökumətin əsas vəzifəsinin Avropa Birliyinə inteqrasiya və NATO-ya üzvülük olduğunu açıq bəyan edir.
Baş nazir Qaribaşvilinin Vaşinqtona rəsmi səfəri zamanı ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden Gürcüstanın NATO-ya üzv olmasına Vaşinqtonun tam dəstək verəcəyini, Şimali Atlantika Al-yansının isə Gürcüstanı BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz sırasına qəbul edəcəyinə inandıqlarını bildiriblər.
Gürcüstanda isə ölkənin ərazi bütövlüyünün məhz NATO və Avropa Birliyinin köməyi ilə həll etməyin mümkünlüyünə inanırlar. Əgər Gürcüstan NATO-ya BMT-nin tanıdığı sərhədlər çərçivəsində qəbul olunsa, Rusiya Cənubi Osetiya və Abxaziyadan çıxmaq məcburiyyətində qalacaq. Rəsmi Tiflis də məhz buna can atır.
Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti Gürcüstanın siyasi dairələrini qorxutduğu kimi, bu ölkə-nin xeyrinə işlədi. İndi Qərbdə NATO-nun Şərqə doğru genişlənməsinə qarşı çıxan qüvvələrin mövqeləri zəifləyib. Əksinə olaraq, NATO-nun Şərqə doğru genişlənməsinin tərəfdarlarının mövqeləri güclənib. NATO-nun genişlənməsinin tərəfdarları Gürcüstanın Şimali Atlantika Alyansına qəbulunu sürətləndirməyi tələb edirlər.
Bundan başqa, Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti və faktiki olaraq münaqişəyə cəlb olun-ması Gürcüstanın rəsmi Moskvanın cəza tədbirlərindən yayınmasına səbəb olub. Rusiyanın eyni zaman-da, bir neçə ölkəyə qarşı mübarizə aparmaq gücünün olmaması, belə bir addımı atacağı təqdirdə ABŞ-ın daha sərt sanksiyaları ilə üzləşə biləcəyindən yaranan qorxu da Moskvanı hələlik Gürcüstanı sakit buraxmağa vadar edir.
Məlumdur ki, ABŞ Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sərt sanksiyalar hazırlayır və Avropa Birliyi üzvüləri arasındakı fikir ayrılığına görə hələlik bu sanksiyaların tətbiq olunması ləngiyir. Rusiyanın Gür-cüstana qarşı hər hansısa cəza tədbiri görməsi Avropa Birliyi üzvüləri arasındakı fikir ayrılığının aradan qalxmasına səbəb ola bilər və bu, Rusiyanı diz çökdürəcək sanksiyaların tətbiqinə "yaşıl işıq" yandırar. Bunu Brüsseldə və Moskvada yaxşı başa düşürlər. Ona görə də Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo rəsmi Moskvaya xəbərdarlıq edib ki, iyulun 27-də Avropa Birliyi ilə Assosiasiya Razılaş-masını imzalayacaq Gürcüstan və Moldovaya qarşı hər hansısa cəza tədbiri görməkdən çəkinsin.
Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Gürcüstan və Moldovanı Avropa Birliyi ilə azad ticarət haqqında müqavilə imzalamaqdan çəkinməyə çağırması isə rəsmi Tiflisin mövqeyinə təsir edə bilməz. Gür-cüstanda yaxşı bilirlər ki, Rusiyanın başı Ukraynaya qarışdığı müddətdə, Gürcüstan təhlükədən uzaqdır. Rusiyanın Xarici işlər nazirinin bu xəbərdarlığı isə heç kimin mövqeyinə təsir etməyən söz yığnağından başqa bir şey deyil.
Avroatlatik strukturlara inteqrasiya məsələsində vahid mövqe nümayiş etdirən Gürcüstanın hakim siyasi koalisiyası və əsas müxalifət partiyası birlikdə gürcü xalqının arzusunu reallaşdırmaqda qərarlıdır və belə görünür ki, onları hansısa bəyanatla yollarından döndərmək mümkün olmayacaq. Rusiyanın mümkün cəza tədbirindən çəkinmədən Avroatlantik strukturlara inteqrasiya yolunda qərarlı addımlar at-maqda davam edən Gürcüstanda Avropa Birliyi ilə azad ticarət əlaqələrinin müsbət tərəfləri ilə yanaşı, bir sıra çətinliklər də doğuracağını bilir və bundan çəkinmirlər.
Gürcüstan rəsmiləri hesab edirlər ki, Avropa Birliyi ilə azad ticarət rejiminin tətbiqi ixracatın artmasına səbəb olacaq. Hazırda Gürcüstanın xarici ticarət dövriyyəsində çox böyük mənfi saldo var. Gürcüstan hökumətinin hesablamalarına görə, Avropa Birliyi ilə azad ticarət ixracatın artmasına, xarici ticarətdəki mənfi saldonun azalacağına səbəb olacaq. Ancaq əksər müəssisələrin yenidən qurulmasına ehtiyacın yaranacağını bilən Gürcüstan hökuməti bu problemi də Qərbdən cəlb ediləcək sərmayə və texnologiya hesabına həll etməyi düşünür.
Gürcüstanın bu istəyinin Qərb tərəfindən anlayışla qarşılanacağı gözlənilir. Hələ Gürcüstan Avropa Birliyi Assosiasiya Razılaşmasını və azad ticarət haqqında müqavilələri imzalamamış Qərb bu ölkədə böyük iq-tisadi form təşkil edərək, sərmayə cəlb etməyə çalışır.
Gürcüstan hökuməti Qərbin köməyi ilə təhsil və elm sahələrində də inkişafa nail olcağına ümid edir. Lakin Gürcüstanda Avropa Birliyi ilə azad ticarət rejiminin tətbiqinin bir sıra çətinliklər doğuracağını da dü-şünür və bundan çəkinmirlər. Rəsmi Tiflis hesab edir ki, yüksək standartlı Avropa məhsulları ilə rəqabət aparmaq Gürcüstan istehsalı üçün çətin olacaq. İstehsal sahələrinin yenidən qurulması ilə yaxın 3-5 ildə Gürcüstanın rəqabətə davamlı məhsullar istehsal edəcəyini və bununla sağlam iqtisadiyyata sahib ola-caqlarını proqnozlaşdırırlar.
Gürcüstanın bir neçə gündən sonra Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını və azad ticarət haqqında müqaviləni imzalaması Cənubi Qafqazda yeni siyasi vəziyyət yaradacaq. Əgər payızda Gürcüstanın NATO-ya üzv qəbul olunmasının yolunu açan hərəkət planı rəsmi Tiflisə təqdim olunsa, bu məsələ də Cənubi Qafqazdakı vəziyyətə ciddi təsir göstərəcək. Əgər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını da nəzərə alsaq, Cənubi Qafqazda çox mürəkkəb siyasi və iqtisadi vəziyyətin yarancağını aydın görə bilərik.
Rusiya Avrasiya İqtisadi İttifaqına daxil olmayan ölkələrlə ticarətdə bir sıra məhdudiyyətlər tətbiq edəcəyini, Gürcüstanın Avropa Birliyi ilə azad ticarət müqaviləsini imzalayacağı təqdirdə Azərbaycanın da bu ölkə ilə istisadi münasibətlərinə yenidən baxmalı olacaq. Belə görünür ki, Azərbaycan Rusiyanın yaratdı-ğı Avrasiya İqtisadi İttifaqı ilə Avropa Birliyinin arasında qalacaq. Bunun çox mənfi iqtisadi nəticələrinin olacağı gözlənilir.
Digər tərəfdən, Gürcüstanın NATO-ya üzvlük prosesi başlasa Şimali Atlantika Alyansının hərbi qüvvələri sərhədlərimiz yaxınlığında peyda olacaq. Belə prespektivə indidən çox kəskin reaksiya verən Rusiyanın Azərbaycanın ərazisində öz silahlı qüvvələrini yerləşdirməyə cəhd edəcəyini gözləmək olar. Belə görünür ki, Cənubi Qafqazda yaranmaqda olan yeni siyasi, iqtisadi və hərbi vəziyyət ən çox Azərbaycana təhlükə törədə bilər. Azərbaycanda isə, deyəsən, çox az adam bunun fərqindədir.
TƏBİB-i vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayətl var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü