SABİQ RƏİS MƏHKƏMƏDƏ: 2 milyonluq mənimsəmə ilə bağlı elə adlar çəkildi, elə faktlar sadalandı ki... - "Pulu o, bölürdü və..."
08-04-2024 [17:40]
Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
Müttəhim Sadiq Hacıyev məhkəmə iclasında özünü qismən təsirli bilib. O, deyib ki, maliyyə hesablamalarında səhv var. Bu barədə istintaqda da bildirib. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissədə maliyyə yoxlamasının qeyd etdiyi rəqəmlərdə də səhv var imiş. Arxiv sənədlər məhv olduğu üçün bunu sübut edə bilməyib.
“Hərbi hissədə kartlar var idi. Pulları həmin kartlara vuraraq nağdlaşdırıb ələ keçirirdik. Pulların 70 faizini korpusun maliyyə xidmət rəisi Rövşən Əliyevə verirdim. R.Əliyev deyirdi ki, bu qədər artıq yaz, biz də yazırdıq. Bunlar barədə MN-in maliyyə-büdcə idarəsinin də xəbəri var idi. Birinci təftişə Rüfət Quliyev gəlmişdi. O, heç bir sənədə baxmırdı. Pulu Rövşən Əliyev bölürdü və ondan da 30 faizi mənə qalırdı, həmin puldan hərbi hissənin müəyyən xərclərinə də ayırırdım. İşlədiyim hərbi hissələrin birində 200 min manata qədər çatışmazlıq var idi. Hərbi Polis İdarəsində də eyni qayda ilə işləyirdik. İdarəyə təftişə Səfər Şıxəliyev gəlmişdi. Ona 45 min manat pul vermişdim. Hərbi Polis İdarəsində müəyyən olunan 772 min manat çatışmazlıqdan 90 min manatını xüsusi tapşırıqla vermişdim”, - o, bildirib.
S.Hacıyev istintaqda bildirib ki, mənimsənilən pullardan 20 faizi təminata, 40 faizi təftişə, qalanı da özlərinə qalıb.
Şahid Süleyman Abbasovun sözlərinə görə, təftiş vaxtı MN-in maliyyə idarəsində maliyyələşmə şöbəsinin rəisi vəzifəsində işləyib. S.Hacıyevi xidmət vaxtı tanıyıb. Korpusun sabiq maliyyə xidmət rəisi Bayram Bayramovdan 520 min manat pul alaraq Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədova verib. Mənimsənilən pullardan 64 min 580 manatı ona qalıb. Müəyyən miqdarını ödəyib qalanını da ödəyəcək.
Nazirliyin Maliyyə və Büdcə idarəsində, eləcə də Mənzil-İstismar idarəsində işləmiş Həsən Paşayev deyib ki, təftişə gələndə 18 min manat çatışmazlıq aşkar olunmuşdu: “Çatışmazlığı Rafael Xələfova məruzə etdim, o, dedi ki, heç olmasa yarısını versin. Mən də Sadiq Hacıyevdən 9 min manat alıb R.Xələfova verdim. O, bidirdi ki, çatışmayan məbləği sənədə qeyd etməyim”.
S.Hacıyev şahidin sözlərinə əlavə olaraq deyib ki, təftişçilər 18 min manat çatışmazlığı silmək üçün 9 min manat pul istəyib. Bu puldan korpusun maliyyə rəisinin xəbəri olmayıb.
Şahid S.Abbasov qeyd edib ki, onun dövlətə vurduğu ziyan 850 min manat məbləğində hesablanıb. Bu puldan müəyyən miqdarını ödəyib, qalanını da ödəyəcək.
Məhkəmə iclasında şahid qismində ifadə verən Səfər Şıxəliyev deyib ki, 2014-2019-cu ildə MN-in Nəzarət və Təftiş şöbəsində baş inspektor işləyib. Təftiş vaxtı 140 min manat pozuntu aşkar olunub. O, 47 min manat alaraq R.Xələfova verib.
“Hərbi Polis İdarəsində 150 min manat çatışmazlıq aşkar etmişdik. Bu barədə R.Xələfova məruzə edəndə dedi ki, məbləğin 30 faizini al gətir. Rəis dedi ki, təftiş sənədlərinə təmiz yaz, mən də yazdım”, - o bildirib.
Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi