KEÇMİŞ SSRİ-ni TİTRƏDƏN HADİSƏ
08-04-2024 [13:13]
Qalib ARİF
***
(“Milis hekayələri” silsiləsindən)
***
KQB-nin Sovet Ittifaqında yeri və rolu hamıya məlumdur. Bu qurum, Kommunist Partiyasından sonra 2-ci ali təşkilat idi ki, hamıya və hər şeyə nəzarət edirdi. Yalnız onun “vizası”ndan sonra yüksək namenklaturalı vəzifələrə təyinatlar təsdiq edilirdi, hətta adamlar хarisi ölkələrə səfər edə bilirdi.
1980-ci ildə, SSRI-nin bütün dünyaya meydan oxuduğu bir dövrdə, onun əsas sütunlarından birinin, KQB-nin Mərkəzi Aparatı katibliyinin rəis müavini, təhlükəsizlik orqanları mayoru Vyaçeslav Afanasyevin naməlum şəraitdə qətlə yetirilməsi, sözün əsil mənasında, günəşli havada göy gurultusu kimi idi, ölkə rəhbərliyi bir-birinə dəymişdi. Əvvəlcə elə bilirdilər ki, bu, xarici kəşfiyyat orqanlarının terror işidir və gizlətməyə çalışırdılar. Amma cidanı çuvalda gizlətmək olmaz deyirlər...
Moskvada bütün dünya ölkələrinin səfirlikləri fəaliyyət göstərirdi və gündəlik məlumat ötürürdülər. Nəticədə SSRI təhlükəsizlik orqanları zabitinin qətli bir neçə gün ərzində Qərbin aparıcı KIV-lərinin əsas xəbər başlıqlığına çevrildi. O vaxtlar Ittifaq ərazisində, qeyri-leqal olsa da, “Azadlıq radiosu”, “Amerikanın səsi”, “Alman dalğası” kimi radiolar qısa dalğada yayımlanırdı və bu dəhşətli hadisəni ictimaiyyətdən də gizlətmək mümkün olmadı. Qətl hadisəsini Siyasi Büronun üzvləri, ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərləri Andropov (KQB-nin sədri) və Şelokov (daxili işlər naziri) öz nəzarətinə götürdü. Məsələ hətta SSRI-nin rəhbəri, Kommunist Partiyasının Baş katibi Brejnevə də məruzə olundu. Və bu dəhşətli hadisənin üstü sürətlə ört-basdır edildiyi kimi, sürətlə də açılmağa başladı...
V.Afanasyevin meyiti hadisə yerindən 15 - 20 kilometr aralı, maşın yolunun kənarından tapılmışdı. Əvvəlcə elə bu versiyanın üstündə işləyirdilər, sübut etmək istəyirdilər ki, onu maşın vurub. Amma istintaq materialları ayrı şeydən xəbər verirdi. Mərhumun aldığı xəsarətləri avtomobil qəzası ilə izah etmək mümkün deyildi, tibbi ekspertizanın nəticəsi də onun döyülüb öldürüldüyündən xəbər verirdi....
Əslində nə baş vermişdi? Dekabrın 14-də Afanasyevin 40 yaşı tamam olmuşdu. Bu münasibətlə KQB-nin Mərkəzi Aparatının katibliyində xüsusi toplantı keçirilir, Afanasyevi təbrik edirlər və komitə rəhbərliyinin Fəxri Fərmanını ona təqdim edirlər. Işdən sonra yubilyar həmkarları və “Alfa” qrupundan olan dostları ilə birlikdə “çek”lə işləyən elit kafelərin birində bu mühüm təqvimi qeyd edir. Sovet dövründə Moskvada belə kafeləri barmaqla saymaq olardı, bura hər adam buraxılmırdı və Mərkəzi Aparat şəhərin mərkəzində yerləşdiyindən, yaxınlıqda vardı. Burda, sözün əsil mənasında quş südündən can dərmanına kimi hər şey tapmaq olardı. Yubiley iştirkçıları da elə “quş südü ilə can dərmanın”dan başladılar, fransız konyakı ilə qara isveçrə şokoladı, qara, qırmızı kürü sifariş etdilər. Konyakla qara şokolad da məlum olduğu kimi, bir qoşqudakı iki cins at kimi yaxşı gedir. Yubiley məclisi də bu minvalla gecənin yarısına kimi çəkdi, neçə “Napoleon”, “Kamuz” qurban kəsildi, gecə saat 12-də, hərbçilər demiş, “adboy” veriläi. Məsələ ondadır ki, Moskva metrosu gecə saat birin yarısına kimi işləyirdi və bu müddətə kimi, məclisi yekunlaşdırmaq, metroya çatmaq lazım idi...
Bəli, sovet dövründə KQB-nin Mərkəzi Aparatının katibliyinin rəis müavini də piyada gəzirdi, fərdi maşın yalnız rəisə təhkim edilirdi. Indi isə orda adi mühafizəçilər də “Mersedes”lə, “Cip”lə gəzir, amma hansı pulla, bax bu, bilinmir. Nə isə... Afanasyev və dostları gecə saat 12-də məclisə son qoyur, ayağa dururlar. Stolun üstündə iki ağzı açılmamış 700 qramlıq “Napoleon”, bir “Kamuz” konyakı, bir qutu “Assorti” şokoladı, bir-iki qab da qırmızı kürü qalır. Dostlar bunu yubilyarın çantasına hədiyyə kimi qoyur və metronun yaxınlıqdakı “Lubyanka” stansiyasına yollanırlar. Burdan “Kuzneskiy most” stansiyasına keçir və “Taqanka” istiqamətində gedirlər. “Taqanka” stansiyası Moskva metrosunun mərkəzi dairəsinin üzərində yerləşir və əsas keçid məntəqələrindən biridir. Burda dostlar öz istiqamətlərinə keçmək üçün düşürlər, Afanasyevi isə həmin istiqamətdə getdiyindən oyatmaq istəmirlər.
Yubilyar bərk vurduğundan qiymətli hədiyyələrlə dolu çantasını da qucaqlayıb oturan kimi yatmışdı. O, “Taqanka”dan beş dayanacaq sonra, “Ryazanskiy prospekt” stansiyasında düşməli idi. Metronun yaxınlıındakı yeni kvartalların birində, 12 mərtəbəli evin 7-ci mərtəbəsində yaşayırdı. Dekabrın 14-də, yubiley günü yəqin ki, evdə yoldaşı və məktəbli olan iki qıçı onun yolunu səbirsizliklə gözləyir. Amma Afanasyev bərk yatdıından “Ryazanskiy prospekt”i keçir və bir stansiya çox, “Jdanovsk”a kimi gedir. Indi “Vıxino” adlanan bu stansiya xəttdə axırıncıdır və burdan qatarlar geri qayıdır. Amma artıq gecə saat birin yarısından keçdiyindən qatar stansiyanın yaxınlıındakı depoya verilir. Qəribə bir təsadüfün nəticəsinə, vaqonda yatan Afanasyevi nə vaqonlara baxan maşinist köməkçisi, nə də perronda növbə çəkən “qırmızı papaq” görür.
Sonradan aydın olub ki, maşinist və köməkçisi həmin zaman, iş vaxtı olsa da, yaxşı “vurmuş” olublar. Amma buna baxmayaraq, depoda vaqonlara yenidən baxış keçirəndə çantasını qucaqlayıb yatan kişini aşkar edirlər. Əvvəlcə onu oyatmaq istəyirlər, mümkün olmur. Maşinist köməkçisi milis çağırmağı təklif edir. Amma bu vaxt çantanı yatanın əlindən alan və ciddi “təftişə” başlayan maşinist ona imkan vermir. Çantanın içindəkiləri göstərir, “sənə şərik lazımdır?!” deyir. Köməkçi təbii ki, eyni zamanda həm rəhbərliyin, həm də nəfsinin tələbinə müqavimət göstərə bilmir. Təklif edir ki, çantanı götürüb gedək, “mujik” də burda yatsın. Bu dəfə “ayılmaq təhlükəsi” olan maşinist etiraz edir, “təhlükəsizlik qaydalarına ziddir” deyir, “Mujik”i özümüzlə aparaq, orda yatsın. Sabah oyananda deyərik ki, çantanı vaqonda oğurlayıblar, səni də biz yazığımız gəlib, bura gətirmişik”...
Artıq “ayılmaq təhlükəsi” köməkçiyə də təsir edir və o, “mujik”i qoltuqlayıb rəhbərliyin dəstəyi ilə vaqondan çıxarır. Bu zaman fəhlə heyətindən vəziyyəti görən və «akkoqol» perspektivini “barometr” kimi hiss edən dağ cüssəli bir gənc köməyə atılır. Əsərimizin qəhrəmanları şərik istəməsələr də, bu boyda köməkdən yaxa qurtara bilmirlər və Afanasyevi gəncin belinə yükləyirlər. Depodakı kiçik yataq otaqlarının birinə gəlirlər. Burda çanta sahibinin elə quru yerdəcə yıxılıb yatmasına imkan verir, çantanın içindəkiləri çıxarıb çarpayının üstünə düzürlər. Ömrü boyu ucuz arağa, çaxıra alışan adama “Napoleon”, ya “Kamuz” nə edə bilər ki, hətta yanında qırmızı kürü ilə qara şokolad olsa da...
Bu zaman ağır yatmış olan Afanasyev ağır oyanmağa başlayır. Ilk əvvəl harada olduğunu, bura necə gəldiyini kəsdirə bilmir. Amma yavaş-yavaş özünə gəlir və çarpayının üstündə səs-küylə davam edən ziyafət diqqətini cəlb edir. Onun yubiley günündə, onun konyakları ilə, ən əsası isə, ondan icazəsiz?! Bu vəziyyət, xüsusilə də axırıncı Afanasyevə çox pis təsir edir və o, məclisə aktiv müdaxilə edir. Adi dildə desək, indicə sadaladıımız üç sualı elə uzandığı yerdən ziyafət stolunun, üzr istəyirəm, çarpayısının üstünə, “üç tuz” kimi tullayır.
Məclis iştirakçılarının təbii ki, xalı az olur və onlar “üç tuz”a rusların üç hərfi ilə cavab verirlər, onu məlum yerə göndərirlər. Beləliklə də, qəhrəmanımızın seçimini minimuma endirirlər, o, ya qulaqlarını sallayıb məlum yerə getmək, ya da məclisə aktiv müdaxilə etmək seçimi qarşısında qalır. Və təhlükəlilik dərəcəsinə, qeyri-bərabərliyə baxmayaraq, Afanasyev bir zabit kimi məhz ikinci yolu seçir. Onu da qeyd edək ki, qəhrəmanımız orta yaşlı adam olsa da, təhlükəsizlik xidmətinin bir çox zabitləri kimi keçmiş idmançı idi və əlbəyaxa döyüş qaydalarını yaxşı bilirdi. Və bu bilgilər işdə də özünü göstərdi...
Bir sayında mayor artıq ayaq üstə idi, iki sayında maşinist, üç sayında isə köməkçi yerə sərilmişdi. Təbii ki, Afanasyev bu vəziyyətdə və bu tezlikdə onları nokauta göndərə bilməzdi. Elektrik qatarının şanlı sürücüləri, sadəcə olaraq, noqdaun vəziyyətinə düşmüşdülər və ucuz araq bahalı konyakla qarışıb beyinlərini dumanlandırsa da, hazırda horizontal vəziyyətin vertikaldan qat-qat sərfəli olduğunu hiss edirdilər və odur ki, hətta “on sayında” da yerdən qalxmaq istəmədilər. Beləliklə, iki nəfər yerdə namunasib, amma sərfəli vəziyyətdə gözləyirdi, iki nəfər də ayaq üstə, daha münasib vəziyyətdə onları izləyirdi.
Birinci Afanasyev idi, onun başı və yumuruqları gizildəyirdi. Ikinci isə bayaq icazəsiz səhnəyə daxil olan, bu müdaxiləsi konyak və qırmızı kürü ilə mükafatlandırılan proletariatın həmin gənc və nəhəng nümayəndəsi idi ki, baş verənləri daha çox təəssüflə seyr edirdi. Ona təsir edən yeganə şey belə müftə və belə ləzzətli içki məclisinin belə yarımçıq kəsilməsi idi. Və o, bu acı həqiqəti dərk etdiyi anda «paravoz» kimi fısıldadı və ziyafətin düşməninin üstünə atıldı. Orta yaşlı mayor idman hazırlığına baxmayaraq, proletariatın hücumuna davam gətirmədi (çəki kateqoriyası öz sözünü deyirdi) və paravozun altında qaldı. Naqdauna düşənlər də dərhal gözləmə vəziyyətindən qalxdılar. Konyak məclisindən əlbəyaxa döyüşə sərt dönüş etmiş otaqda çəki kateqoriyası ilə bərabər say hesabı da yubilyarın ziyanına kəskin dəyişdi. Məlum oluğu kimi, proletariat yıxılanları vurmağa həmişə hazırdır...
Proletariatın nümayəndələri bir azdan «mujik»in tərpənmədiyin hiss etdilər. Maşinistin köməkçisi cəld əyilib onun nəbzini tutdu, başını buladı. Köməkləşib maşinistlə birlikdə nəhəngi cəsədin üstündən qaldırdılar, sinəsinə qulaq qoydular, elə bil dünən ölmüşdü. Ciblərini axtarırlar, KQB mayorunun vəsiqəsi çıxır. Proletar üçlük dərhal ayılır, əsməyə başlayır, nə edəcəyini bilmir. Səhər saat 4-ün yarısı olurdu, bir-iki saatdan iş başlayacaqdı. Cəld “otururlar”, konyakın qalanını KQB-nin “ruhuna” vururlar. Sonra emalatxanadan qara kaız gətirirlər, zabitin cəsədini bükürlər. Yenidən gəncliyin belinə yükləyirlər və aparıb maşinistin deponun həyətində dayanan köhnə “Volqa”sının yük yerinə qoyurlar. İkilikdə (gənclik depoda qalır) hadisə yerindən 15-20 kilometr qırağa aparır, yolun kənarına atırlar...
Meyit həmin gün tapılsa da, hadisənin üstü düz bir ay sonra açıldı. Nə qədər qəribə olsa da, yalnız gəncliyə güllələnmə kəsdilər, maşinistə və köməkçisinə isə 15 il verdilər...
MİA.AZ
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bakıda icra başçılarına qadağa qoyulub - Nə baş verir?
Dövlət işə qarışdı, dünyanın ən böyük şirkətininn hasil etdiyi qızıllara həbs qoyuldu - Kanada şirkəti bəyanat yaydı
Cəlilabadda əməliyyat: 28 yaşlı rayon sakini tutulub
SEC Maska qarşı iddia qaldırıb - 150 milyonliuq iddianın detalları
Rəsmi Bakıdan ABŞ səfirinin Bəxtiyar Hacıyevlə bağlı sözlərinə reaksiya: "...bu, daha çox siyasi maraqlara əsaslanır”
Gürcüstanın sabiq baş nazirini döyüblər
İsrail Qəzzada xəstəxananı mühasirəyə alıb - Yaralılar var
ABŞ-ın büdcə kəsiri azalıb - Hesabat
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Bakıda şok olay: 34 yaşlı kişi özündən 8 yaş böyük sevgilisini maşınla birlikdə dərəyə yuvarlayıb
“Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib - FOTOLAR
Rıza Çalımbay getdi, Sergen Yalçının köməkçisi gəldi - Superliqada daha bir dəyişiklik
“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR
Məşhur məşqçi 30 illik arvadından boşanıb
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Xırdalanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Prezident İlham Əliyev Sazişi təsdiqləyib
Məşhur müğənni yeni sevgilisi ilə görüntülərini yayıb - FOTOLAR
Lənkəranda balıqçılar Xəzərdə itkin düşüb - VİDEO
“Qala Sığorta” ASC müəmması və ya fərqli qİymətlərlə anlaşmalar...
Sabah Bakının bu ərazisində qaz olmayacaq
MEDİA-nın Müşahidə Şurası toplanıb: nələr müzakirə olunub? - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"15 yaşında cavan oğlan kimiyəm" - Hafiz Hacıyev səhhəti haqqında yayılan iddialara belə cavab verdi
Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb
16 yaşlı məktəbli sinif yoldaşını bıçaqladı
MSK bu dairələrin tərkibini dəyişib
Məşhur jurnalist infarkt keçirib
Ermənistan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalayır - Nələr olacaq? (TƏHLİL)
Sabunçuda evə hücum: ev sahibinə xəsarət yetirilib
Lavrov: "Rusiya və Azərbaycan münasibətləri etibarlıdır" - "Qaldı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə..."
Sosial Tədqiqatlar Mərkəzi ESOMAR qlobal platformasının üzvü olub
Türkiyə Daxili işlər nazirinin müavinin qardaşı saxlanıldı - "Səbəbini bilmirəm" (FOTO)
Məşhur aktrisa istintaqa çağırıldı - İntim əlaqə, şantaj və 5 milyon dollarlıq iddialar...
Türkiyə ordusu Suriyada PKK-ya ağır zərbə vurub
Nərimanovda əməliyyat: bu şəxslər tutulub
Sabah hava necə olacaq? - Proqnoz
Əli Əsədov təhsillə bağlı daha bir qərar imzalayıb - SİYAHI