Xankəndində təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları... - Zahid Oruc yazır
05-04-2024 [14:04]
ZAHİD ORUC
Milli Məclisin Komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri
***
22 martda Crocus Siti-də baş verən qətliamın hərbi təyinatlı dövlət binalarında deyil, mülki obyektdə törədilməsi göstərir ki, kütləvi qəsdin sifarişçiləri bir nəfəri 60 dollara gülləboran etməklə hədəf seçilən Rusiya ilə yanaşı, keçmiş sovet məkanında xaos yaymaq, dinlər və millətlərarası konflikləri alovlandırmaq, miqrasiya axınlarına zərbə vurmaq, sərhədləri bağlı saxlamaq istəyən dövlət dəstəkli qüvvələrdir.
Cihadçı deyilən icraçıların “Allahu-Əkbər” şüarı söyləmədikləri halda dərhal beynəlxalq mediada İŞİD adı ilə tirajlanması Rusiyanı islam dünyası ilə toqquşdurmağa, din bayraqlı qüvvələrlə mübarizə adı ilə ölkələri yenidən işğal etməyə çalışan, bir vaxtlar Əl-Qaidə və Talibanı silahlandıran dövlətlərdir. Halbuki hadisənin islam etiqadlı iş adamına məxsus məkanda törədilməsi, ölən 145 nəfər günahsız insanın, yaralı 500-dən çox adamın içində müsəlmanları görən yoxdur.
Moskva terrorunu müşaiyət edən informasiya tələsinə düşüb etnik-milli düşmənçiliyi körükləyənlər prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın terror aktına qətiyyətli etirazından nəticə çıxarsınlar, yoxsa Şarli Ebdo olayında 5 nəfərə görə birlik paradı keçirən qərbli dövlət başçılarının “yaxşı və pis terrorçu” bölgüsü ilə beynəlxalq təhlükəsizliyə zərbə vuracaqlar.
Terrorun silahı Kalaşnikov avtomatı, bomba və raketlər deyil, nifrətin, xofun, daxili inamsızlığın artmasıdır, rəsmi hakimiyyətin yox, terror qruplarının mənəvi və siyasi hakimiyyətinin güclənməsidir.
Aktın azərbaycanlı iş adamına məxsus binada baş verməsi dünya erməniliyi üçün azğın antiAzərbaycan kampaniyasına rəvac verib. Halbuki ölkəmiz təkcə son 37 ildə 2000 mindən artıq vətəndaşını terror nəticəsində itirib, qəsdlər xüsusilə 90-cı illərdə, erməni işğalının nəticəsi, hətta müharibənin bir parçası olub və Qlobal Terrorizm İndeksi də bunu təsdiqləyir. Koçaryan-Sarkisyanla yanaşı, Gəncəni və Bərdəni vuran, son 3 ildə Qarabağa mina əkən inqilabçı demokratlardan da ziyan çəkmişik.
İnanırıq ki, Xankəndində təslim olan separatçı qüvvələrin ələ keçirilən 35 illik məxfi qovluqları müstəqillikdən bu yana xalqımıza qarşı törədilən terror aktlarını ifşa edəcək, DTX təcridxanasında məhkəməsini gözləyənlər Qarakənd faciəsindən Bakı metrosuna qədər çoxsaylı qanlı cinayətlərin sifarişçilərini dilə gətirəcəklər. Bir vaxtlar Şimali Qafqaza Xattabın ordusu ilə gələnlər indi Ermənistanı hərbiləşmiş zonaya-özü boyda Pankisi dərəsinə çevirir, sərhədlərimizi Avropa kəşfiyyat mərkəzlərinin patrul dəstələri ilə nəzarətə götürməyə çalışırlar.
Ölkəmizdə dini və siyasi casusluğa cəlb olunanlar, o cümlədən Londonda və Tehranda səfirliyimizə hücum edənlər eyni qüvvələrdir.
Lakin hamı bilsin ki, Vətən müharibəsi işğalçılarla bərabər, terror üzərində də qələbədir. Ona görə təklif edirik ki, Türk Dövlətləri Birliyi ilə eyni məqsədli beynəlxalq terror şəbəkələri PKK, İŞİD və erməni terroruna qarşı Yeni Türk Antiterror Mərkəzi yaradılsın.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər