"İsa Həbibbəylinin 2000-ə yaxın əsəri var, ancaq o əsərlərin elmi inkişafın kandarında yeri varmı?!"
31-03-2024 [00:37]
Idris Abbasov
AMEA-nın şöbə müdiri, professor
***
Xəbər saytları yazır ki,17 il Ankara Universitetində müəllim işləmiş fəlsəfə doktoru Bakıya gələrək paytaxtda kirayə evdə qalıb və 1 il kirayə pulunu ödəməyib. Ona görə də onu əşyaları ilə birlikdə evdən çıxarıblar.
Əslində, ev sahibi humanist davranıb, deyilmi? Çox nadir hallarda ən yaxşı və xeyirxah ev sahibi tapılar ki, uzaq başı 15-20 gün adama güzəştə getsin. Çox nadir!
Yazırlar ki, alim əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. Ev sahibinə 1 illik ziyan vurduqdan sonra? Elə əvvəldən gecələyəydi də. Əgər xəbər düzdürsə, şəxsən mən Ankara Universitetinin sanballı alimi sahibsiz buraxmasına qətiyyən inanmıram. Özü də 17 o alimdənil faydalanandan sonra! Bu, nəsə müəmmalı şeyə oxşadı.
Mətbuatın təqdim etdiyi elmlər namizədi Fazil İsmayılov haqqında google-da axtarışlar nəticəsiz qaldı. Adına bir yazı belə, rastlanmadı. İctimai mövqeyinə rast gəlinmədi.
Quran tərcüməçisi imiş. Olsun. Bununla kimi təəccübləndirmək olar?! İndi Quran tərcüməçisi olmayan az-az intelligentlər tapılar. Hamı Qurandan danışır. Əməllər isə tam əksinə. Bu gün mal həkimi Quranı tərcümə və təfsir edir. Artıq Allahın Kitabı da, inanın ki, təkrar-təkrar yersiz tərcümələrdən bezib. Nə qədər Azərbaycan dilindən Azərbaycan dilinə, rus dilindən rus dilinə tərcümələr etmək olar?! Bu da oldu Mahmud Kaşğarlının "Divanü-luğati-t-Türk"ü. Adamın yadına Mirzə Cəlilin "Quzu" hekayəsi düşür.
29 kitab müəllifi imiş! Ola bilməz ki, Ankara Universiteti elmi sanbalı olan kitab müəllifini mükafatlandırmasın, qayğısına qalmasın, ələlxüsus da universitetin elmi şərəfini qoruyan bir almi! Eləyə qalsa, digərlərini demirəm, təkcə akademik İsa Həbibbəylinin 2000-ə yaxın əsəri var, üstəlik, əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar, macar, litva və b. dillərdə çap olunub. Bəs necə?! Amma gəlin, görək, o əsərlərin elmi inkişafın kandarında yeri varmı?! Heç olmayacaq da!
(Aydınlıq üçün deyim ki, akademik kitab istehsalında ən zəif davranan Zəqqudə xalanın nəvəsi dosent Zoqqumə Xəşənəklidir. Onun da nə az, nə çox, düz 77 kitabı var. Biri 77-sinə, 77-si də birinə dəyməz). Halbuki XX əsr dilçiliyinin "atası" sayılan Ferdfinand de Sössürün cəmi-cümlətanı bircə kitabı olub!
Və ilahiyyatçı alimin 5000 kitabı var imiş! Professor Vağzallının 60-70 min kitabı var, özünün dediyinə görə. Mənə gəlincə, şəxsən mənim kitabım artıq yox dərəcəsindədir. 35 il kirayələrdən kirayələrə, yataqxanalardan yataqxanalara köç etməyim min bir əziyyətlə aldığım kitablarla vidalaşmağıma səbəb oldu. Kitablar daşımaq üçün ən ağır yükdür. Şükürlər olsun ki, müasir dünyada elektron kitabxanalar uğur qazanıb!
Bu gün canına cəfa basmayan, gözünün qabağında baş verən qanunsuzluqlara, eybəcərliklərə susan, hətta ortaq olub şəxsi fayda güdən, "elmlə" məşğul olub jımıx, yoxsa çörəklə qidalandığının fərqində olmayan, halal-haram qanmayan key alimin nəinki bütöv bir cəmiyyətə, heç özünə belə, faydası yoxdur. Təəssüf ki, elmi-tədqiqat müəssisələri zərərli, beyin qırışları zibillənmiş tüfeyli alimlərlə doludur.
Dövlətə, xalqa, ölkənin gələcəyinə etibarsızlıq, ümidsizlik aşılayan, özünü heyvərəliyə qoyan, "elm"lə məşğul olub millətə zərər vuran, ölkənin uçuruma getməsini vecsizcəsinə seyr edən, dərisiqalın, haram tikənin mənbəyini soruşmadan qapışdıran, əməli ilə şərə qulluq edən, haqqa qarşı kar, kor və lal olan akademik şəbəkə üzvləri və onun Sakit Okeana qədər kök ata-ata gedən törəmələri yalnız nifrət obyektləri ola bilərlər.
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər