Deputatlar Bakıda yeni parklanma qiymətlərinə etiraz etdi: "Bu, insanların ciblərinə uyğun deyil"
27-03-2024 [15:03]
Bakının mərkəzi hissələrindəki yeraltı və yerüstü parklanma ərazilərində aprelin 1-dən qiymətlərin 2,6 dəfəyədək bahalaşacağı barədə anons verilib.
Sosial şəbəkə istifadəçiləri belə bir qərara kəskin etiraz edərək, müxtəlif rəylər paylaşıblar.
Mia.az xəbər verir ki, sözügedən qərar haqqında “Report”a danışan Milli Məclisin deputatları da qiymətlərin baha olduğunu deyiblər.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli parklanma qiymətlərinin çox baha olduğunu vurğulayıb və qeyd edib ki, bu, sakinlərin narazılığına səbəb olub: “Parklanma qiymətləri çox bahadır - istər saat hesabı, istər sutkalıq. Bu, insanların qazancına uyğun deyil. Hesab edirəm ki, qərarda dəyişiklik lazımdır. Bunun üçün çağırış edirəm”
Deputatın fikrincə, bundan geniş bəhs etməyə heç ehtiyac da yoxdur: “Çünki sakinlər birmənalı narazıdırlar. Nə qədər gec deyil, qiymətləri dəyişmək lazımdır”.
Komitənin digər üzvü Vüqar İsgəndərov da avtomobilin 1-2 saatdan çox paklanmada saxlanmasının insanlara çox baha başa gəldiyini hesab edir.
O vurğulayıb ki, Bakıda tıxacların qarşısının alınması üçün konkret və gərgin iş görülür, müvafiq mərkəzi icra hakimiyyəti orqanı qanunsuz paklanma, bu sahədə xaosun qarşısının alınması üçün lazımi addımlar atır: “Bütün bu tədbirləri alqışlayırıq. Lakin indiki situasiyada paklanma ilə bağlı problemlərin qaldığını, hətta ictimai narazılığın mövcudluğunu inkar edə bilmərik. Paytaxtda parklanma qiymətlərinin baha olduğu heç kimə sirr deyil. Avtomobilin 1-2 saatdan çox paklanmada saxlanması insanlara çox baha başa gəlir. Qiymət 5, 8, hətta 10 manatdan da çox olur. Təbii ki, bu, insanların ciblərinə uyğun deyil".
Bundan başqa deputat parklanma sisteminin işləməsi ilə də narazılığı olduğunu deyib.
“Sistemi təkmilləşdiriblər və yenisinə görə parklanma ödənişi smartfonla idarə edilməlidir. Sakinlər var ki, ümumiyyətlə, mobil telefon işlətmir və ya işlətsə də bu, smartfon deyil. Bu zaman onlar çətinlik çəkirlər”, - o deyib.
Deputatın sözlərinə görə, hüquqi cəhətdən yanaşdıqda, sakinlərdən paklanma ödənişini mütləq mobil telefonla həyata keçirmək tələbi düzgün deyil: “Müvafiq orqanlar bu sahədə daha yeni və əlçatan üsulun tapılması üçün işlər görməlidirlər. Ümumilikdə, qiymətlərdəki bahalaşma artıq hiss olunur və paklanma ödənişləri metodu təşmilləşdirilməlidir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi