“Aptamil” uşaq qidaları Azərbaycanda qadağan olunacaq

img

24-06-2014 [12:46]


"Standartlaşdırma, Metrologiya və Patent Komitəsi xarici ölkədə baş verən hər hansı faktı gözləmədən mütəmadi araşdırma aparır”.

Bunu Modern.az-a Standartlaşdırma, Metrologiya və Patent Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin "Aptamil” uşaq qidalarında GMO (geni modifikasiya olunmuş orqanizm) aşkarlanması faktına münasibət bildirərkən deyib.Onun sözlərinə görə, GMO yalnız bir partiya "Aptamil” uşaq qidalarında aşkar edilib, hansı ki, artıq Türkiyədə satışı artıq qadağan edilib. Həmin partiyadan isə Azərbaycana idxal edilməyib. Buna baxmayaraq həmin uşaq qidalarının tərkibinin araşdırılması prosesini davam etdiririk. Hər hansı problem aşkar olunarsa "Aptamil” uşaq qidalarının Azərbaycana idxalı qadağan oluncaq”.

Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı nazirliyinin araşdırması nəticəsində "Aptamil” uşaq qidalarında GMO aşkar olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA