“Zəfər meydanı”ndan başlayan Novruz bayramı
19-03-2024 [14:15]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Bu il Xanın kəndindən separatist qalıqlarının son təmizlənmə işlərindən sonra Qarabağın mərkəzində, “Zəfər meydanı”nda yandırılan ilk Novruz bayramı tonqalı sanki 30 il ərzində bu torpaqlarda yığışıb qalmış bütün his-pası, mikrobları da yandırıb yox edərək yeni günlərə işıq tutan əbədi bir məşələ çevrildi.
Dövlət başçımız Prezident cənab İlham Əliyevin dünya gündəminin bu qədər məşğul və kifayət qədər gərgin olan bir dövründə Novruz tonqalının alovları fonunda Xankəndidən verdiyi siyasi mesajlar bu torpaqlara, nəhayət ki, ən gözəl baharın gəldiyini, heç zaman qan tökülməməsi, xalqımızın sülh içində yaşaması üçün gərəkən bütün iradəni ortaya qoyacağının bir daha ifadəsi idi.
Novruz qədim türklərin böyük bayramıdır və bu əziz bayram günlərində insanların ən böyük arzusu doğma yurduna qayıdış, dədə-baba torpaqlarını, əzizlərinin məzarlarını, sağ qalan yaxınlarını ziyarət edib mənəvi zənginləşmək, torpağın bahar ətrindən yeni Novruza qədər pay tutmaqdır. Təəssüf ki, otuz illik erməni işğalı dövründə Xankəndidə bir nəfər də olsun azərbaycanlı sağ qalmasa da, amma əvəzində bu torpaqlarda erməniləşdirilə bilinməyən və Azərbaycanıın sərvətləri hesabına tikilmiş binalarımız qalmaqdadır. Bu bayram günlərində Xocalıdakı toplu məzarlardan tapılan insan qalıqlarının da kimliyi bilindikcə burada şəhid olmuş bütün azərbaycanlıların ruhlarına bu bayram tonqalı bir işıq saçdı. Və beləcə, otuz il gözü yolda qalmış Pənahəli xanın yurduna Bakıdan, doğma Xəzərin sahillərindən gətirilmiş bu Atəşgah alovu həzin dilləri ilə min kilometrlərlə uzaqda olsa da, bütün dünya azərbaycanlılarına və bütün dostlarımıza xoş Novruz arzularını deyirdi.
Həmişə xəyanətə hazır olan qonşularımızdan fərqli olaraq Azərbaycanın isə onu sevən çox sayda dostları və qardaşları vardır. Xalqımız kökü bir olan böyük Türk dünyası qədər qardaşlarına, Azərbaycanla etibarlı münasibətləri olan çox sayda dostlarına güvənir. Ermənistana və onun cəmi 2-3 havadarına “Zəfər meydanı”ndan verilən bu son xəbərdarlıq, bu mənada, onların bir daha çirkin niyyətlərinə çata bilməyəcəkləri, Novruz tonqalının əbədi şölələnəcəyini bildirirdi. Dünyaya işıqsaçan, regional güc olan Azərbaycanın dünya gücləri ilə münasibətdə apardığı müdrik siyasəti, xalqımızın Qarabağ sevgisini və onun rəhbərinin “dəmir yumruğ”unu yaxşı bilən düşmən bunu heç zaman unutmamalıdır!
Novruz bayramı insanları qovuşduran, küsülüləri barışdıran, sülh, sevgi-məhəbbət, bərəkət ayıdır. Bundan əvvəl Şuşaya, Suqovuşana, Talış kəndinə qayıdan Novruz tonqalı doğma Qarabağımıza həyatı qaytardı.
Torpaqlarımız dirçəldi, əkildi, yollar çəkildi, yaşayış binaları, məktəblər tikildi, köçkün ailələr öz yuvalarına qayıtdı, ilk Qarabağ toylarını bütün Azərbaycan izlədi. Xankəndinin mərkəzində, “Zəfər meydanı”nda yandırılan budəfəki Novruz tonqalı isə buradan bütün dünyaya “Qarabağ Azərbaycandır!” nidasını bir daha xatırlatdı. “Dəmir yumruğ”un yerində qaldığını, bunu heç kimin unutmamasını istəyən xalqımızın iradəsi, onun rəhbərinin qətiyyəti ilə Novruz tonqallarımız bundan sonra böyük və bütün Vətənimizin hər bir guşəsində əbədi yanacaq.
Bayramınız mübarək!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər