Rusiya Patriarxının müsəlman xofu: "pravoslav nüvə”si niyə təhlükəyə düşəcək?
15-03-2024 [17:09]
ELXAN ŞÜKÜRLÜ
***
Müasir Avropa Birliyindən daha böyük coğrafiyanı əhatə edən ittifaq-dövlət modeli olan SSRİ 1991-ci ildə dağıdılmasaydı, indi dünyanın sərvətlərlə zəngin bu nəhəng nüvə dövlətinə müsəlmanlar rəhbərlik edəcəkdi.
Hətta bəzi konspiroloqlar elə məhz bu gücün müsəlmanların əlinə keçməməsi məqsədiylə SSRİ-nin antiislamçılar tərəfindən yuxarıdan və bilərəkdən dağıdıldığı qənaətindədilər...
Ancaq nə qədər qarşısını almağa çalışsalar da, müsəlmanlar təkcə Avropa və ABŞ-da yox, elə qonşu Rusiyada da getdikcə ciddi və mütəşəkkil siyasi təsir gücünə çevrilirlər.
Rusiyada yaşayan müsəlmanların gerçək sayı barədə rəqəmlər açıqlanmasa da, bugünlərdə Rusiya Patriarxı Kirill seçkilərlə bağlı dindarlara müraciətində məhz bu mövzuda çox mühüm bir faktın üzərinə işıq salıb.
Patriarx Rusiyada müsəlman miqrantların sürətlə artmasına diqqət çəkərək, deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsiylə üzləşib: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.
Çıxış yolunu miqrantların məcburi assimilyasiyasında görən Patriarx bildirib ki, müsəlmanları inanc və dünyagörüş baxımından özlərinə yaxın olmağa məcbur edə bilməsələr, Rusiyada məhz onların mədəniyyəti üstünlük təşkil edəcək, pravoslav kilsələri məscidlərə çevriləcək və beləcə, Rusiyanın “pravoslav nüvə”si təhlükəyə düşəcək.
Yeri gəlmişkən, o amilə də mütləq diqqət yetirilməlidir ki, hazırda Ukraynada müharibə aparan, yeni silahların sınağını keçirən Rusiya ordusunda orta və yüksək zabit heyətində müsəlmanların sayının daha çox olduğu bildirilir və döyüş təcrübəsi toplayan bu zabitlər Rusiyanın gələcək hərbi elitasının özəyini təşkil edəcəklər.
...Qədim və müdrik Çin tarixi sübut edir ki, savaşa girmədən savaşı qazanmaq istəyənlər üçün səbr və dözüm cəsarətdən daha üstün keyfiyyət sayılır!
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər